"Manata təzyiq artıb, 2015-dəki kimi devalvasiya ola bilər" - XƏBƏRDARLIQ EDİLDİ
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini BB+/B səviyyəsində, reytinq üzrə proqnozu isə stabil saxlayıb.
Reytinq agentliyinin verdiyi məlumata görə, Azərbaycanın tədiyyə balansının müsbət saldosu və Dövlət Neft Fondunun xarici aktivləri ölkənin əsas güclü tərəfi kimi qeyd olunur. Agentliyin hesablamalarına görə, COVID-19 pandemiyasının iqtisadiyyata tam təsiri hələ də aydın deyil və gözləntilərdən daha pis ola bilər.
"S&P" qeyd edir ki, volatil neft qiymətləri mühiti fonunda manata təzyiq artıb və əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalsa, Azərbaycan 2015-ci ildə olduğu kimi, xarici valyuta ehtiyatlarının ciddi itkisinin qarşısını almaq məqsədilə məzənnənin tənzimlənməsinə icazə verə bilər. Bu halda sözügedən tənzimlənmə bank sektoruna əlavə zərbə vuracaq.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Mart ayında, “İstənilən neftin qiymətinə istənilən çağırışda cavab verməyə hazırıq. Bizim kifayət qədər potensialımız var”, - deyərək bildirmişdi. O qeyd etmişdi ki, hökumətdə və Mərkəzi Bankda devalvasiya qorxusu yoxdur: “Bu məsələ heç beş dəqiqəlik də olsa, müzakirə mövzusu olmayıb”.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi ki, milli valyutanın ucuzlaşması üçün heç bir əsası yoxdur: "Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər.
Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur.
Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur".
©️ APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 10 d. əvvəl
-
- 36 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
-
1 saat əvvəl
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
-
1 saat əvvəl
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
3 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyə iqtisadiyyatı 2025-ci ildə 3,6 faiz artıb
Qızıl daha da bahalaşdı
İran rəsmisi Əli Laricani: "İran ABŞ ilə danışıqlar aparmayacaq"
İnvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Qlobal bankdan Hörmüz boğazı ssenariləri
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Həyat sığortası üzrə ödənişlər 40%-ə yaxın artıb
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"






















