Bank Respublika verdiyi kreditlərin 75%-ni real sektora yönəldib
Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Bank Respublika-dan Marja-ya daxil olmuş məlumata görə, Bank cari ilin birinci rübündə dinamik inkişaf etməyə davam edib və ötən ilin birinci rübü ilə müqayisədə bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
Belə ki, 31 mart 2020-ci il tarixinə Bankın məcmu kapitalı 51%, depozit portfeli 27%, kredit portfeli isə 32% artmışdır. Qeyd etmək lazımdır ki, verilmiş kreditlərin 75% -i Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Ötən ilin birinci rübü ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 1,27% təşkil etmişdir.
2019-cu ilin birinci rübü ilə müqayisədə bankın xalis mənfəəti 4 dəfə artaraq 2,9 milyon manat, xalis faiz gəlirləri isə 63% artaraq 13.2 milyon manat təşkil etmişdir.
Hesabata əsasən, bankın aktivləri 1,3 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
“İlk rübdə həm korporativ, həm də pərakəndə satış istiqamətində əldə etdiyimiz yüksək nəticələr son illərdə qəbul etdiyimiz qərarların doğruluğunu təsdiq edir. Bank bu yüksək nəticələri müştərilərin etimadı, komandamızın yüksək peşəkarlığı, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində əldə edə bilmişdir. Bu il bank sektoru çox ciddi çağırışlarla üzləşib, lakin mən əminəm ki, dövlətin vaxtında gördüyü effektiv tədbirlər banklara dayanaqlılığı möhkəmləndirməyə və müştərilərinə hər cür dəstək verməyə imkan yaradacaqdır”, - deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
22 may 1992-ci ildə yaradılmış Bank Respublika, fərdi və hüquqi şəxslərə geniş xidmətlər təqdim edən Azərbaycanın universal özəl bankıdır. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 47 d. əvvəl
- 52 d. əvvəl
-
54 d. əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
2 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
PAŞA Bank iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
Ən çox oxunanlar
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!





















