ABŞ-ın xam neft ehtiyatlarında sürətli artım
ABŞ-ın satış üçün yığılan xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə kəskin bir şəkildə - 19,2 milyon barel artıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki anbarlarda kommersiya (satış üçün) xam neft ehtiyatlarının keçən həftə 19,2 milyon barel (4%) artımla 503,6 milyon barelə yüksəldiyini açıqlayıb. Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların 11,7 milyon barel artacağı istiqamətində idi. Ölkənin xam neft ehtiyatları bir əvvəlki həftə 15,2 milyon barel artmışdı.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 635 milyon barel səviyyəsində qalıb.
Söz mövzusu dövrdə, ABŞ-ın benzin ehtiyatları 4,9 milyon barel (1,9%) artaraq 262,2 milyon barelə yüksəlib. Bazar proqnozu benzin ehtiyatlarının 6,4 milyon barel artacağı istiqamətində idi. Ölkənin benzin ehtiyatları bir əvvəlki həftə 10,5 milyon barel artmışdı.
ABŞ-ın xam neft idxalı keçən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik ortalama 194 min barel azalma ilə 5,68 milyon barelə geriləyib, neft ixracı isə gündəlik ortalama 603 min barel artımla 3,43 milyon barelə qalxıb.
NEFT İSTEHSALI AZALIB
Söz mövzusu dövrdə ABŞ-ın xam neft istehsalı isə gündəlik ortalama 104 min barel azalıb. Beləcə, ölkənin gündəlik xam neft istehsalı 4-10 Aprel həftəsində təxminən 12,3 milyon barel səviyyəsində reallaşıb.
ABŞ-ın gündəlik orta xam neft istehsalı 22-28 Fevral həftəsində 13,1 milyon barelə çataraq rekord qırmışdı.
EIA-nın "Aprel 2020" hesabatına görə, ölkənin gündəlik orta xam neft istehsalının bu il 11,8 milyon barel olacağı gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 48 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
