“İstehsalımız 50 faiz azalıb”
“Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50 faiz aşağıdır"Azərbaycanda xüsusi karantin dövründə əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısında Gəncə avtomobil zavodu İstehsalat Birliyi də var. Hazırda zavodumuz tam kollektivlə olmasa da ehtiyac olduğu qədər işçilərin fəaliyyəti nəticəsində işini davam etdirir.
Bu barədə açıqlamanı Gəncə avtomobil zavodu İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.
Onun sözlərinə bu gün karantin rejiminin qaydalarına uyğun olaraq yığım xəttlərində iş gedir.
“Bildiyiniz kimi müəssisəmiz Azərbaycanda yeganə kənd təsərrüfatı texnikalarının istehsalı ilə məşğul olur. Ölkəmizdə kənd təsərrüfatı sahəsində çalışan fermerlər və iş adamlarının texnikalara olan tələbatını ödəmək məqsədilə kollektiv bütün qaydalara əməl etmək şərtilə işini davam etdirir. Konveyerdə xəttlər üzrə məsafə 2 metrədək artırılıb. Yığım sexlərinin girişində dezinfeksiya edici məhlullarla dolu qablar, qoruyucu maskalar, bir dəfə istifadə üçün əlcəklər qoyulub. Bundan başqa aidiyyatı qurumların köməkliyi ilə sexlərimiz mütəmadi dezinfeksiya edilir” - deyə Fətiyev əlavə edib.
Müşahidə Şurası Sədrinin bildirdiyinə görə hazırda zavodda müxtəlif modeldə traktorların və bir sıra kənd təsərrüfatı texnikalarının, o cümlədən müxtəlif modeldə və təyinatda traktorların yığımı aparılılr.
“Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50 faiz aşağıdır. Mart ayında orta hesabla 35 traktor yiığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa müraciət edən hər kəsin istəyinə uyğun texnika ilə təmin edə bilərik” - deyə X. Fətiyev əlavə edib.
Gələcək planlara toxunan Şura Sədri yaxın vaxtlarda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilə Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi əsasında Sampo-Roselew markalı kombaynların yığımına başlanılacaq:
“Hazırda bu müqaviləyə uyğun olaraq komplektləşdiricilər gətirilir. Hissələr tam şəkildə müəssisədə olduqdan sonra kombaynların yığımına start verəcəyik. Gəncə avtomobil zavodunun kombayn yığımında artıq təcrübəsi var. Ümidvaram ki, tanınmış marka olan Sampo-Roselew kombaynları iş adamlarının və fermerlərin ürəyincə olacaq”.
Xanlar Fətiyev əlavə edib ki, ölkədə koronavirus epidemiyası ilə əlaqədar bir çox sahələrdə fəaliyyətin məhdudlaşdırılmasına baxmayaqraq kənd təsərrüfatında işlər davam etdiyindən Gəncə avtomobil zavodu İB-i fermerlər və iş adamları üçün bir sıra güzəştlər nəzərdə tutan paketlər üzərində iş aparır. Müəssisənin rəhbərliyi hesab edir ki, Gəncə avtomobil zavodu olaraq Birlikdə güclü olan Azərbaycana bununla öz dəstəklərini göstərmiş olacaqlar.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
-
32 d. əvvəl
"Kristal Bakı" inşaat şirkəti gəlirinin 1000 dəfədən çox artdığını açıqladı
-
59 d. əvvəl
Bankların biznes kreditləri portfeli 157 milyon manatdan çox azalıb
-
1 saat əvvəl
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
-
1 saat əvvəl
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
-
2 saat əvvəl
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
-
2 saat əvvəl
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
-
2 saat əvvəl
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İşçilərinizi 7 kritik xəstəlikdən sığortalayın - İldə cəmi 37 AZN
Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb
Banklar 1 ayda 80 milyon manatdan çox xalis qazanc əldə ediblər
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Fermerlərlə görüş keçirilib
Bank sektorunda son vəziyyət açıqlandı - 2026-CI İLİN İLK RƏQƏMLƏRİ
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb




















