“Mətanət A” şirkətindən koronovirusla mübarizəyə 50 min manatlıq dəstək
“Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov: Koronovirusla Mübarizəyə Dəstək Fonduna bütün sahibkarları dəstək göstərməyə çağırıram
Koronovirusa qarşı mübarizədə və onun qarşısını almaq istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edilmişdir və bununla bağlı çoxsaylı işlər həyata keçirilməkdədir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah və Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Marja xəbər verir ki, “Mətanət A” şirkəti ilkin mərhələdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50000 (əlli min) manat vəsait ayırıb:
“Koronovirusla mübarizə ümummilli məsələdir. Ümummilli məsələni də dövlətimizə dəstək göstərməklə birlikdə həll etməliyik. Bunun üçün dövlətimiz əlindən gələni edir və operativ həyata keçirilən tədbirlər göz qabağındadir. Biz sahibkarlar da əlimizdən gələni etməliyik. Bunu nəzərə alaraq Dövlət başçısının fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti olaraq ilkin mərhələdə 50 min manat vəsait ayırdıq.
“Mətanət A” şirkəti bütün sahibkarları və eləcə də tikinti və tikinti materiallarının istehsalçılarını Koronovirusla Mübarizəyə Dəstək Fonduna ciddi şəkildə və operativ olaraq dəstək göstərməyə çağırır”,- “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov bildirib.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronovirusu pandemiya elan edib.
Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərini əməl etməklə və dövlətimizə dəstək göstərməklə birlikdə bu ümummili bəlaya qalib gələcəyik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)





