Bioloji qida əlavələri təkrar ekspertizadan keçiriləcək
Fevralın 11-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) məktub daxil olub.
AEM-ə istinadən verilən xəbərə görə, məktubda Agentliyə idxalçılar tərəfindən təqdim edilən məhsullar barəsində məlumatlar və Mərkəz tərəfindən təqdim edilmiş rəydə uyğunsuzluqların aşkar edilməsi səbəbindən ölkəyə idxal edilən məhsulun hər seriyasına dair rəyin verilməsinin daha məqsədəmüvafiq olması qeyd edilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi” Qaydasının 3.18-ci maddəsinə əsasən təkrar ekspertizanın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxal zamanı təkrar ekspertizasının həyata keçirilməsi ilə bağlı AEM tərəfindən aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
- BFMQƏ-nin idxal zamanı ekspertizasını həyata keçirilməsi məqsədilə idxalçı lazımi sənədlər və ekspertizanın həyata keçirilməsi üçün Ərizə ilə birgə Mərkəzə müraciət etməlidir;
- BFMQƏ-lər Azərbaycan Respublikası gömrük ərazisinə daxil olduqda, Mərkəzin əməkdaşları tərəfindən təsadüfi seçmə yolu ilə nümunələr götürüləcək;
- Ekspertizanın məbləği ödənildikdən sonra nümunələr BFMQƏ-lərin ekspertizasının həyata keçirilməsi məqsədilə Mərkəzə gətiriləcək və 5 iş günü müddətində ekspertizadan keçiriləcək;
- Ekspertizanın nəticələrinin əsli Ərizəçiyə, surəti isə AQTA-ya göndəriləcək.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 37 d. əvvəl
-
-
39 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
54 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
3 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı






























