Azərbaycanın ən böyük bankı böyük məbləğdə istiqraz buraxır – ŞƏRTLƏR
"Azərbaycan Beynəlxalq Bankı" ASC hər birinin nominal dəyəri 1000 (min) manat olan 50000 (əlli min) ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazlar buraxır (cəmi 50 milyon manatlıq).
Marja-nın əldə etdiyi məlumata görə, illik 8.5% gəlirliklə buraxılacaq istiqrazların tədavül müddəti 2 ildir və faizlər hər 3 təqvim ayından bir ödəniləcəkdir.
2020-ci il ərzində buraxılışlar tranşlarla keçiriləcək və Bakı Fond Birjasında hərraclar vasitəsilə yerləşdiriləcəkdir.
İlkin tranşın 10 milyon manat olması nəzərdə tutulub. Yerləşdirmənin başlanma tarixi Bakı Fond Birjasında və İnvest-AZ İnvestisiya Şirkəti QSC-nin saytında açıqlanacaqdır.
1000 manata təklif olunan istiqrazlar həm fiziki həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər.
Maraqlı şəxslər istiqrazların əldə edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Ə.Quliyev küçəsi 11/31 ünvanında yerləşən "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-yə müraciət edə bilərlər.
Emissiya Prospektindən məlum olur ki, hər birinin nominal dəyəri 1000 manat olan 50 min ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların buraxılışına “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti 28 Noyabr 2019-cu il tarixində qərar verib. İstiqrazların baza emissiya prospekti Mərkəzi Bank tərəfindən 12 Fevral 2020-ci il tarixində təsdiq edilib.
İnvestorlarla razılaşdırılmış şəkildə istiqrazların emitent tərəfindən geri satın alınması nəzərdə tutulur.
İSTİQRAZIN BURAXILMASININ SƏBƏBİ
Emissiya prospektində göstərilib ki, istiqrazların yerləşdirilməsindən daxil olacaq vəsait mənfəətin əldə edilməsi üçün daha yüksək gəlir gətirən alətlərə yerləşdiriləcəkdir.
Aktivlər baxımından Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankı sayılır və ümumi bazar payının 29%-nı təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
18 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 9 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























