Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başladı
Bakı Ali Neft Məktəbi (BANM) Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bankla əməkdaşlığa dair memorandum imzalayıb.
Ali Məktəbdən verilən məlumata görə, PAŞA Bank və BANM arasında müasir təhsil (elm) proqramlarının həyata keçirilməsi sahəsində birgə əməkdaşlıq, tələbələrin bankda təcrübə keçməsi tərəflər arasında əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən olunub.
Müqaviləni ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov və PAŞA Bankın İdarə heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucov imzalayıblar.
İmzalama mərasimində Ali Məktəbin və Paşa Bankın müxtəlif şöbələrinin rəhbərləri, BANM-in Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi və İnformasiya Təhlükəsizliyi ixtisaslarının tələbələri iştirak edib.
E.Qasımov Paşa Bankla əməkdaşlıqdan məmnunluğunu bildirərək tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyini qeyd edib. O, kadr potensialının gücləndirilməsi və xaricə beyin axınının qarşısını almaq üçün ali təhsil müəssisələrində, eləcə də yerli şirkətlərdə effektiv biznes mühitinin yaradılmasının zəruriliyini vurğulayıb.
Ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışan C.Orucov Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib. Bank nümayəndəsi bu istiqamətdə BANM-lə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonda tələbələri təcrübə və iş imkanları ilə bağlı maraqlandıran suallar cavablandırılıb.
Tədbirdən sonra Paşa Bankın nümayəndələri BANM-in kampusu ilə tanış olublar.
Qeyd edək ki, tərəflər birgə layihələrin həyata keçirilməsi sahəsində uğurlu təcrübəyə malikdir. Belə ki, BANM-in bir neçə tələbəsi bankda uğurla təcrübə keçərək işlə təmin olunublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
5 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
5 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
























