Sahibkarlıqda innovasiyalar üzrə 40 komanda yarışacaq
® Azərbaycan Beynəlxalq Bankının sahibkarlıq sahəsində innovativ ideyaların üzə çıxarılması, eləcə də ölkəmizdə informasiya texnologiyaları ekosisteminin inkişafına dəstək məqsədilə təşkil etdiyi 1-ci IBA Regional Hakatonuna sabah start verilir.
Sahibkar və proqramçıların, eləcə də digər peşəkarların qatıldığı bu tədbirdə ümumən 40 komanda yarışacaq. İştirakçıların böyük qismi yerli mütəxəssislərdir. Eyni zamanda, Hakatona dünyanın 12 ölkəsindən də nümayəndələr qatılıb.
Bu, Azərbaycanda sahibkarlıq həlləri üzrə və FinTech sferasında təşkil edilən ən genişmiqyaslı ideya marafonudur. Ölkəmizdə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün son illər davamlı layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı Hakatonda sahibkarlar üçün faydalı olan innovativ ideya və həllərə üstünlük verəcək.
Sahibkarlıq sahəsində süni intellektdən istifadə, data-analitika modellərinin tətbiqi, elektron satış platformalarının yaradılması, ödənişlər, müştəri məmnuniyyəti və loyallığı üzrə innovativ təşəbbüslər xüsusi dəstəklənəcək. Təklif edilən həllər kiçik və orta sahibkarların marketinq, satış, ödəniş, logistika imkanlarının genişləndirilməsinə, biznes kreditlərinin, eləcə də digər bank məhsul və xidmətlərinin onlar üçün əlçatanlığının təmin olunmasına, müxtəlif dövlət xidmətlərindən istifadənin sahibkarlar üçün daha da asanlaşmasına yönəlməlidir.
Komandalara kömək üçün müxtəlif ölkələrdən 25 peşəkar mentor dəvət edilib. Mentorlar da, IBA Regional Hakatonuna metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində yaxından iştirak edib.
Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Martın 1-də ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azerikard” prosessinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “IBA Regional Hackathon”unda iştirak etmir.
IBA Regional Hakatonu Bakı Ekspo Mərkəzində keçiriləcək. Ətraflı məlumat üçün: https://www.ibahackathon.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)






