Gürcüstanın Azərbaycanla sərhədi bağlaması xəbərinə reaksiya
Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra Səhiyyə naziri Yekaterina Tikaradze və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze brifinq keçirib.
“Novosti Qruziya”ya xəbər verirb ki, brifinqdə İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən 50 yaşlı şəxsin hazırda Tbilisidə Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğu bildirilib. Tikaradzenin sözlərinə görə, virusun Gürcüstanda epidemiya halı almaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, brifinqdən əvvəl Baş Nazir Georgi Qahariya ilə görüşüb və hökumət iki həftəliyə Azərbaycanla sərhədi bağlamaq qərarına gəlib.
İran vətəndaşlarının Gürcüstana, Gürcüstan vətəndaşlarının isə İrana gediş-gəlişi qadağan edilib.
***
Gürcüstan Baş Nazirinin Administrasiyasından bildirilib ki, Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil.
"Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla gediş-gəlişlərə tətbiq edilib", - deyə açıqlamada bildirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyi də açıqlamasında Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib.
© “Qafqazinfo” , APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
2 d. əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
-
2 saat əvvəl
Rəsmi məlumat: Ötən il Azərbaycanda rəsmi maaş 9,3 faiz artaraq 1103 manata yaxınlaşıb
-
2 saat əvvəl
Məhsul və xidmətlərin ödənişini 35 aya qədər hissələrlə qaytar - “Böl-ödə” krediti
-
2 saat əvvəl
Daha 8 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VƏ YA GƏLİR VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir
Startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
Tibbi avadanlıqlar üzrə qlobal şirkət Azərbaycanda rəsmi distribütor təyin etdi - Saziş Dubayda imzalandı
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"























