Avro-2020-nin “Fan Zona”sında KOB məhsullarının satışı təşkil olunacaq
Avro-2020-nin Bakıda keçiriləcək oyunları kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün perspektiv imkanlar yaradacaq.
KOB-lara dəstək məqsədilə Avro-2020-nin Bakıda təşkil olunacaq “Fan Zona”sında və stadionətrafı məkanlarda KOB-lar tərəfindən istehsal olunan məhsulların satışı təşkil olunacaq.
Bu məqsədlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) birgə əməkdaşlıq edəcək.
Fevralın 19-da KOBİA və AFFA-nın təşkilatçılığı, 150-yə yaxın KOB subyektinin iştirakı ilə təşkil olunmuş “Avro-2020: KOB-lar üçün perspektivlər” mövzusunda tədbirdə Avropa çempionatı-2020 kimi nüfuzlu tədbirlərdən KOB subyektlərinin faydalanması, satış imkanlarını genişləndirməsi barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu il Azərbaycanın ev sahibliyi edəcəyi Avro-2020 oyunlarının ölkəmizdə idmanın, xüsusilə futbolun inkişafına öz töhfəsini verməklə yanaşı, KOB subyektlərinin məhsullarının satışına da əlverişli imkan yaradacağını qeyd edib.
Vurğulanıb ki, KOBİA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində oyunların keçiriləcəyi müvafiq ərazidə KOB-ların məhsullarının satışına dəstək məqsədilə xüsusi stendlər qurulacaq. Burada KOB-lar tərəfindən istehsal olunan müxtəlif qida məhsullarının, suvenir, hədiyyə, geyimlərin və s. satışı nəzərdə tutulur. Bu əməkdaşlıq həmçinin, Azərbaycan məhsullarının tanıdılması, yerli və xarici futbol azarkeşlərinin və şəhərimizin qonaqlarının oyunlar zamanı müxtəlif xidmətlərdən (alış-veriş, qidalanma və s.) istifadəsinə əlverişli imkan yaradacaq.
AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov Avro-2020 çərçivəsində Bakıda keçiriləcək oyunlar barədə məlumat verib, oyunların ölkəmizdə keçirilməsinin idmanla yanaşı, turizm və sahibkarlığın inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Avro-2020 və biznes imkanları”na dair təqdimat keçirilib, KOBİA-nın fəaliyyətinə dair film nümayiş olunub.
Sonra KOBİA və AFFA arasında Avro-2020 çərçivəsində ölkəmizdə keçiriləcək oyunlar zamanı KOB-lara dəstəyə dair Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov imzalayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib





















