Bakıda böyük corab fabriki açılır - BAZARIN 10%-Nİ GÖTÜRƏCƏK
Azərbaycanın aparıcı şirkəti olan "Bakı Tekstil Fabriki" Binaqədi rayonunda yeni tekstil fabriki açmağa hazırlaşır.
Şirkətin sahibi, tanınmış iş adamı Səkinə Babayeva bildirib ki, artıq fabrikin tikintisi başa çatmaq üzrədir, ümumilikdə fabrikə 4,5 milyon dollar yatırılıb və burada 110 nəfər çalışacaq.
S.Babayevanın sözlərinə görə, müəssisədə hazır məhsulların istehsalı genişləndiriləcək, əsas üstünlük corab istehsalına veriləcək: "Azərbaycanda kişi və ya qadın corab istehsalı yoxdur. Burada biz 7 sahəni birləşdiririk - iç geyimləri (kişi, qadın, uşaq), corab və eyni zamanda korporativ və gündəlik geyimlər".
Fabrikin İcraçı direktoru Elçin Babayev isə bildirib ki, Azərbaycanda "Corabçı" brendi ilə kişi, qadın və uşaq corabları istehsal edən fabrik bazar payını 3-4 dəfə artırmaq niyyətindədir: "Azərbaycanda coraba olan tələbatın 3%-ni ödəyirik. Bu göstəricini bu il 8-10% çatdırmaq niyyətindəyik. Bizdən başqa ölkədə corab istehsalçıları daha çox sexlərdir. Belə sexlərin satış nöqtələri "Binə" və "Sədərək" ticarət mərkəzləridir".
Bundan başqa, fabrik uşaq və kişilər üçün iç geyimləri, məktəbli və işçi geyimləri də istehsal edir.
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 19 d. əvvəl
-
53 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























