SOCAR bu ildən iki boru kəmərinin kommersiya operatoru olacaq
Bu ildən həm Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin kommersiya operatoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq.
Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə məlumat verib.
O, şirkətin dayanıqlı inkişaf strategiyasından danışaraq xatırladıb ki, Dövlət Neft Şirkətini beynəlxalq şirkətə çevirməklə bağlı Azərbaycan Prezidentinin tapşırığından sonra ilk növbədə strategiya hazırlanmağa başlanıb və 2006-ci ildə strateji hədəflər hazırlanıb. Onun sözlərinə görə, ilkin olaraq geologiya, geofizika, axtarış sahələrində böyük şirkətlərlə birgə müəssisələr yaradılıb, kadrlar hazırlanmağa başlanılıb: “İndi deyə bilərəm ki, bu işləri yüksək səviyyədə özümüz həyata keçiririk. İkinci, hədəfimiz qazma ilə bağlı idi. Bizim “Azneft” İstehsalat Birliyinin tərkibində bir Qazma Trestimiz var idi. Biz müasir, dünya səviyyəli qazma şirkətlərini cəlb etməklə rəqabətli bir neçə qazma şirkətini ala bildik, CDC (“Caspian Drilling Company”- REP.) şirkətinin bütün paylarını aldıq. Sonradan xarici tərəfdaşlarla birlikdə “SOCAR AQŞ” şirkətini yaratdıq. Xarici mütəxəssisləri cəlb etməklə rəqabətədavamlı qazma şirkətləri yarada bilmişik. Bu gün biz ən ağır, ən mürəkkəb quyuları qazmağa qadirik”.
SOCAR-ın prezidenti tikinti sahəsində “Azfen”, “BOS-Şelf” kimi mükəmməl tikinti şirkətləri yaratdıqlarını qeyd edib. O bildirib ki, AÇG yatağının işlənməsində, “Çıraq” platformasının tikintisində, “Şahdəniz” layihəsinin platformalarında tikinti işlərinin 95%-nin Azərbaycanda həyata keçirməyə nail olunub. R.Abdullayev AÇG-nin işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikintisinin 100% Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcəyini bildirib.
Şirkətin prezidenti hasilatın stabil saxlanılması istiqamətindəki görülən işlərdən də danışıb. “Bilirsiniz ki, hasilatı stabil saxlamaq üçün çoxlu işlər görüldü. “Azneft” İstehsalat Birliyində islahatlar keçirildi. Deyərdim ki, indi biz dünyanın ən qədim yataqlarında stabil neft-qaz istehsalını həyata keçiririk. Bizim əsas strategiyamız dəyər zəncirini böyütməkdir”,- R. Abdullayev əlavə edib.
SOCAR-ın prezidenti şirkətin beynəlxalq fəaliyyətindən də danışaraq xatırladıb ki, ilkin olaraq biznes fəaliyyətinə Gürcüstanda başlanıb. “Türkiyə əsas bazarımızdır. Türkiyədə “Petkim” STAR strategiyamızın bir xəttidir. Biz 2007-ci ildə “SOCAR Trading” şirkətini yarada bildik və onun gördüyü işlər nəticəsində Azərbaycan dövlətinə 1,5-1,7 ABŞ dolları məbləğində əlavə gəlir gətimişik”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
55 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
























