"Həmin şirkətlərə güldən ağır söz deyən yoxdur"
Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı işçilərin iş rejimi barədə də danışıb.
Ölkə başçısı deyib ki, sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər; “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq.
Prezident çıxışı zamanı işçilərə də müraciət edib: “Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz”.
Məsələ ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, Prezident İlham Əliyevin dünənki müşavirədə əmək bazarı ilə qaldırdığı bütün məsələlər aktual və vacibdir.
Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda çalışan işçilərin yalnız üçdə birinin əmək müqaviləsi var: “Rəsmi statistikaya inansaq, bütün işləyənlərin üçdə birinin əmək müqaviləsinin olduğunu görəririk. Əmək müqaviləsi olmayan yerdə isə iş, istirahət rejimindən, əmək münasibətlərindən danışmağa dəyməz. Azərbaycanda tikinti şirkətlərinin, holdinqlərin bir çoxunda işçilərlə əmək müqaviləsi bağlamır. Həmin şirkətlərə də güldən ağır söz deyən yoxdur. Gözümüzün qarşısında görürük ki, tikinti şirkətlərində insanlar tezdən saat 8:00-dan 19:00-a qədər işləyir, əmək müqaviləsi və digər qaydalara əməl olunmur. Ona görə də Prezident haqlı olaraq bu məsələyə toxunub”.
S.Məmmədovun sözlərinə görə, əgər Nazirlər Kabineti tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə yenidən yoxlamalar aparmağa icazə verilsə belə, vəziyyət düzəlməyəcək:
“Çünki Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu məsələ ilə bağlı potensialı yoxdur, işçi qüvvəsi azdır, kifayət qədər səriştəli kadr bazası yoxdur. Əvvəllər isə tamamilə korrupsiyalaşmış bir qurum idi. İndi isə həmin qurum haqqında bir söz deyə bilmərəm. Hesab edirəm ki, Prezident İlham Əliyevin dünənki müşavirədə əmək bazarı ilə qaldırdığı bütün məsələlər ətrafında ciddi işlər görülməlidir”.
© “Report”
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
-
10 d. əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
- 19 d. əvvəl
- 23 d. əvvəl
-
29 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
JD.com-un qurucusu yeni yaxta brendi yaradıb
Ən çox oxunanlar
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
























