Azərbaycanlı iş adamının şirkəti Qazaxstanda ilk müqaviləsini bağladı
“Nobel Oil Services” şirkəti, Qazaxstan Respublikasında qazma işlərinə aid ilk müqaviləsini “Evrika Oleum” şirkəti ilə bağlayıb.
“Nobel Oil Services”dən "Marja"ya verilən məlumata görə, müqavilə çərçivəsində “Nobel Oil Services”, “Evrika Oleum” şirkətinin neft yataqlarının birində quyuların qazılması layihəsi üzrə idarəetmə xidmətlərini göstərəcək.
Kontrakt 3100 metr dərinliyə qədər maili neft quyusunun qazılmasına nəzarət xidmətlərini nəzərdə tutur.
"“Evrika Oleum" şirkəti ilə bağlanan konktrakt, ölkədə ehtiyac duyulan bilik, bacarıq və səriştəni təmin etmək baxımından gözəl fürsətdir. "Nobel Oil Services", Xəzər regionunda neft-qaz sənayesinə kompleks xidmətlərin göstərilməsi istiqamətində özünü artıq təsdiq etmiş bir şirkətdir. Qazaxstan Respublikasında kontraktın əldə edilməsi, şirkəti beynəlxalq səviyyəli müəssisəyə çevirmək məqsədi ilə Qrupun yürütdüyü strategiyanın tərkib hissəsidir”, - deyə "Nobel Oil Services" şirkətinin Qazma işləri üzrə Baş Direktoru Samir Mollayev bildirib.
“Bu həm də Qrupun Qazaxstanda qazma işləri layihələrinin idarə edilməsi istiqamətində atılmış ilk addımlardan biridir və şirkət, öz portfelini genişləndirmək üçün tələb olunan bütün bilik və təcrübəyə malikdir”, - o özlərinə əlavə etmişdir.
“Nobel Oil Services” neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarə edilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərirlər.
Qeyd edək ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” “NEQSOL Holding” şirkətlər qrupuna daxildir. “NEQSOL Holding”in təsisçisi və sahibi Nəsib Həsənovdur.
"Nobel Oil Services" ilə bərabər, "Bakcell", "Nobel Upstream". "AzerTelecom Int" və "Norm" şirkətləri də "NEQSOL Holding" qrupuna daxildirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
55 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















