Azərbaycanda 14 bankın mənfəəti artıb
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 14-nün 2019-cu ildəki mənfəəti 2018-ci ilə nisbətən çox olub.
Bunlar "Bank BTB", "Bank Respublika", "Bank of Baku", "Turan Bank", "Unibank", "Azər-Türk Bank", "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Xalq Bank", "NBC Bank" və "Bank Avrasiya"dır.
Adı çəkilən banklar arasında ən yüksək dinamika "Bank BTB"də (10,7 dəfə), ən aşağı dinamika isə "Bank Avrasiya"da (3,4%) qeydə alınıb.
6 bankın - "Naxçıvan Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Premium Bank" və "AFB Bank"ın isə mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "AFB Bank"da (71,2%), ən az azalma isə "Naxçıvan Bank"da (4,6%) baş verib.
1 bankın - "Access Bank"ın zərəri 5,8 dəfə artıb, 1 bankın - "Amrah Bank"ın zərəri isə 11,2% azalıb.
4 bank - "AGBank", İran Milli Bankının Bakı filialı, "Muğan Bank" və Pakistan Milli Bankının Bakı filialı ötən ili zərərlə, əvvəlki ili mənfəətlə, 3 bank - "Bank VTB Azərbaycan", "Express Bank" və "Yelo Bank" isə ötən ili mənfəətlə, əvvəlki ili zərərlə başa vurduğu üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
"Atabank" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 6-sı 2019-cu ili zərərlə başa vurub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Muğan Bank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı və "Access Bank"dır.
Zərərin ən yüksək həddi "Access Bank"da (89,704 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (401 min manat) qeydə alınıb.
Qalan 23 bank isə ötən ildən mənfəətlə çıxıb. Ən çox mənfəəti "Azərbaycan Beynəlxalq Bankı" (302 milyon 316 min manat), ən az mənfəəti isə "Yelo Bank" (69 min manat) əldə edib.

© "Renkinq", Marja
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























