“Bank VTB Azərbaycan” əməliyyat zərərində - GƏLİRLƏRİ XƏRCLƏRİNƏ ÇATMIR
“Bank VTB Azərbaycan” ASC 2019-cu ili 8 milyon 865 min manat əməliyyat zərəri ilə başa vuru.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Bank VTB Azərbaycan”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirləri) 13 milyon 76 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 21 milyon 941 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 8 milyon 865 min manat əməliyyat zərəri yaranıb. Əvvəlki dövrlərdə mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan 13 milyon 620 min manatın azad olması hesabına əməliyyat zərəri bağlanıb və bankı 4 milyon 755 min manat mənfəəti formalaşıb.
“Bank VTB Azərbaycan” ASC 2018-ci ili 250 milyon 847 min manat zərər ilə bağlamışdı. Zərərin səbəbi Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 231 milyon 139 min manat ayırması ilə bağlı idi.
2018-ci illə müqayisədə 2019-cu ildə “VTB Bank Azərbaycan”ın xalis kredit portfeli 12 milyon 645 min manat və ya 25,6% artaraq 62 milyon 48 min manata yüksəlib. 2018-ci ilin sonunda 135 milyon 307 min manat təşkil etmiş cəmi aktivlər 2019-cu ilin sonunda 157 milyon 359 min manata çatıb.
31 Dekabr 2019-cu il tarixində “VTB Bank Azərbaycan” 58 milyon 20 min manat məcmu kapitala malik olub.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" ASC-nin nizamnamə kapitalının 99,9999 %-i "Bank VTB Rusiya"ya, 0,0001%-i fiziki şəxsə məxsusdur.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























