AtaBank barədə Maliyyə Sabitliyi Şurası tezliklə qərar verəcək
"AtaBank-da cox ciddi problemlər var".
“Marja-nın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
“AtaBank məsələsi Maliyyə Sabitliyi Şurasında müzakirə edilib. Mərkəzi Bank öz təklifini hazırlayıb və bu gün Maliyyə Sabitliyi Şurasına təqdim edəcəkdir. AtaBank barədə qərar tezliklə Maliyyə Sabitliyi Şurasında veriləcək. AtaBankın qorunan əmanətçiləri narahat olmasınlar. Qorunmayan əmənətçilərə də əmanətlərini gəlib qorunan əmanətə çevirmələri üçün bildiriş göndəriləcək, bu barədə AtaBankın rəhbərliyinə göstəriş verilib”,- Elman Rüstəmov deyib.
Qorunmayan əmanətlərin, sahibkarların və şirkətlərin hesablarındakı vəsaitin taleyi barədə suala Elman Rüstəmov bildirib: "Mən "AtaBank bağlanacaq" demədim. Biz təkliflərimizi verəcəyik. Bank barədə qərar Maliyyə Sabitliyi Şurasında veriləcəkdir. Mən təkliflərimizi də açıqlaya bilmərəm. Tezlikə bank barədə qərar veriləcəkdir".
Xatırladaq ki, 30 Sentyabr 2019-cu il tarixində “AtaBank” 532 milyon 74 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 374 milyon 712 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Eyni tarixdə, Bankda müştərilərin depozitləri 286 milyon 268 min manat, o cümlədən fiziki şəxslərin müddətli depozitləri 253 milyon 9 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 3 milyon 530 min manat, hüquqi və fiziki şəxslərin tələbli depozitləri isə 29 milyon 728 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























