Əkin məlumatlarının peyk vasitəsilə yoxlanması davam edir
Yanvarın 29-dək 312 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir.
Bu barədə Marja-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki. peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.
Torpaq sahəsi və əkin bəyanları barədə məlumatların “Azərkosmos”dan çəkilmiş ortofotolar əsasında yoxlamaları aparılır. Zərdab, Samux, Ağsu, Siyəzən, Ağcabədi, Balakən, Beyləqan, Göygöl, Oğuz və Sabirabad rayonlarından sonra daha 8 rayonda peyk yoxlamalarına start verilib. Hazırda Cəlilabad, Neftçala, İmişli, Salyan, Şəki, Xızı, Kürdəmir və Şabran rayonlarında peyk yoxlamalarına başlanıb. Həmin rayonlarda subsidiya subyekti olan böyük torpaq sahələrinə malik iri taxılçılıq təsərrüfatları və aqroparkların əkinlərinin yoxlanılması xüsusi qaydada həyata keçirilir. “Azərsky” və “Sentinel-2” peyklərindən çəkilmiş fotolar payız əkinlərinin monitorinqini aparmaq üçün istifadə olunur. Növbəti mərhələdə yoxlama prosesinin aparılmasında müasir vasitələrdən olan dronların imkanlarının sınaqdan keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndərilir və həmin ərazilərdə yerində yoxlamalar aparılır. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
6 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
























