“Yapı Kredi Bank Azərbaycan” 2019-cu ili mənfəətlə başa vurub
“Yapı Kredi Bank Azərbaycan” QSC-in 2019-cu ilin sonuna dair açıqladığı maliyyə hesabatları ilə əlaqədar məlumat yayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumatda qeyd edilib ki, hesabatda bankın kifayət qədər güclü maliyyə dayanıqlılığını görmək mümkündür.
Bank 2019-cu il üzrə xalis mənfəətini artan xətt üzrə inkişaf etdirmiş və ili 4 milyon manat mənfəətlə başa vurmuşdur.
Bankın 2019-cu il üzrə müsbət göstəricilərindən biri 48% səviyyəsində olan ani likvidlik əmsalıdır. Xatırladaq ki, bu göstərici üzrə müəyyən olunmuş norma 30% səviyyəsindədir. Bankçılıq sahəsində beynəlxalq təcrübəyə sahib “Yapı Kredi Bank Azərbaycan” likvidlik üzrə qabaqcıl standartları tətbiq etməklə dayanıqlı inkişafını təmin edir.
Yapı Kredi Bank Azərbaycan 2018-ci il ilə müqayisədə 2019-cu ildə aktivlərini artıraraq 428.6 milyon manata çatdırmışdır.
“Yapı Kredi Bank Azərbaycan” real sektorun dəstəklənməsi istiqamətində Strateji Yol Xəritələrində müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq qeyri-neft sektorunun maliyyələşdirilməsi fəaliyyətini davam etdirmiş və kredit portfelini 7.6% artıraraq 187.3 milyon manata qədər yüksəltmişdir. Xüsusilə, biznes subyektlərinin kredit portfelinin həcmi 2018-ci illə müqayisədə 15.7% artaraq, 130 milyon manata yüksəlmişdir.
Bankın kapital göstəriciləri kifayət qədər qənaətbəxşdir. 2018-ci ilin yekunuyla müqayisədə bankın I dərəcəli kapitalı 8.76% artaraq 66.6 milyon AZN, məcmu kapitalı 3,64% artaraq 72,8 milyon AZN olmuşdur.
Eyni dövrdə I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 30.1%-ə, məcmu kapitalın adekvatlıq əmsalı artaraq 33%-ə çatmışdır. Qeyd edək ki, bu göstəricilər yerli qanunvericiliyin minimal tələbindən dəfələrlə çoxdur.
Qeyd edək ki, ana səhmdarı Koç Holding (Türkiyə) və UniCredit (İtalya) olan Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Hazırda Azərbaycanda bankçılıq sektorunda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 d. əvvəl
-
- 38 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















