Palata kommersiya banklarına müraciət edib
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına məktubla müraciət edib.
Bank dairələrindən əldə edilən məlumata görə, müraciətdə "Nağdsız hesablaşmalar haqqında" qanunun müvafiq müddəaları əsas gətirilərək bankların nəzərinə çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı hesaba köçürmə yolu ilə verilməli, bu halda şəxsi hesaba köçürməyə yol verilməməlidir.
Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, dövlət müəssisəsindən sifariş qəbul edən sahibkarın (podratçı və yaxud subpodratçı) dövlət müəssisəsi tərəfindən köçürülmüş vəsaiti hesabından məxaric etməyə hüququ yoxdur. Dövlət müəssisəsi 5 min manata qədər sifarişi dövlət satınalması keçirmədən birbaşa verə bilər, bundan artıq məbləğ isə dövlət satınalma müqaviləsi əsasında köçürmə hesab edilir və nağd çıxarıla bilməz.
"Bu məqsədlə bank sahibkarın hesabı üzrə mədaxil əməliyyatlarını monitorinq etməli, hesab üzrə mədaxil əməliyyatları (nağd və yaxud köçürmə) dövlət müəssisəsi tərəfindən aparıldıqda belə vəsaitin hesabdan çıxarılmasına heç bir halda yol verməməlidir. Bu halda nağd çıxarılmaya imkan verən "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulmuş 30 min manat və yaxud 15 min manat məbləğində limit tətbiq edilmir", - deyə məktubda qeyd olunub.
"Bununla Palata bütün qanunların tətbiqinin və icrasının məcrubi olduğunu bir daha bankların nəzərinə çatdırıb və kredit təşkilatları üçün qaranlıq qalmış məqamlara aydınlıq gətirib. Məhz bu məqsədlə MBNP bank ictimaiyyəti üçün mütəmadi olaraq təlimlər və müxtəlif mövzularda görüşlər keçirir", - deyə bank dairələrindən bildirilib.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 18 d. əvvəl
-
-
36 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
46 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı


























