Azəri-Çıraq-Günəşli 25-ci ilində əlamətdar hadisə
Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının operatoru kimi BP AÇG layihəsindəki tərəfdaşları – “SOCAR”, “Chevron”, “İNPEX”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “ITOCHU”, “ONGC Videsh Ltd (OVL)” – adından qürurla bəyan edir ki, 26 dekabr 2019-cu il tarixində yataqdan 500 milyonuncu ton neft hasil edilib.
1997-ci ildən etibarən AÇG yatağından hasil edilmiş yarım milyard ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərbi İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilmişdir.
BP-nin Azərbaycan Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Couns: “Bu nailiyyət Azərbaycanın yeni tarixində əlamətdar hadisə hesab etdiyimiz “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə böyük töhfədir. Operator olaraq biz ölkə və bütün AÇG tərəfdaşları üçün bu tarixi əhəmiyyət daşıyan bir ildə hasilatda əldə edilmiş bu nailiyyət ilə qürur duyuruq. Bu nailiyyətə töhfə vermiş hər kəsi təbrik edirəm və əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsi öhdəliyinə davamlı olaraq sadiq qaldıqlarına görə əməliyyatlar qrupuna təşəkkürümü bildirirəm.
AÇG nəhəng yataqdır. Hasilatda bu cür böyük nailiyyət əldə etməklə, ölkə və öz səhmdarları üçün nəhəng gəlirlər gətirməklə, yerli icmalarda çoxsaylı davamlı inkişaf imkanları yaratmaqla AÇG həmçinin Xəzər regionunu aparıcı enerji hasilatı sahələrindən birinə çevirdi və dünyanın texnoloji cəhətdən ən qabaqcıl neft-qaz işlənmə regionlarından birinə çevrilməsinə imkan yaratdı. Operator kimi biz hökumət, SOCAR və digər tərəfdaşlarla sıx işləyərək növbəti otuz ildə də AÇG-nin ölkəyə töhfə verməsini təmin etməyə davam edəcəyik.”
AÇG haqqında əsas faktlar
- İlkin olaraq AÇG üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 20 sentyabr 1994-cü il tarixində imzalanıb. Həmin vaxtdan etibarən AÇG yatağının işlənməsinə təxminən 38 milyard ABŞ dollar həcmində sərmayə qoyulub.
- 2017-ci ildə AÇG üzrə HPBS-in müddəti 2049-cu ilin sonunadək uzadılıb.
- İlk neft 7 noyabr 1997-ci il tarixində Çıraq yatağından hasil edilib.
- AÇG yatağı həmçinin Azərbaycan hökuməti üçün ümumilikdə 45 milyard kubmetrdən artıq səmt qazı təmin edib.
- 2019-cu ildə AÇG yatağında ümumi hasilat səviyyəsi gündə 535 000 barel təşkil edib.
- AÇG yatağında hazırda səkkiz dəniz platforması mövcuddur. Bunlardan altısı hasilat platforması və ikisi isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat platformasıdır. AÇG yatağının növbəti işlənmə layihəsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsi hazırda icra mərhələsindədir və burada ilk neftin 2023-cu ildə hasil olunacağı gözlənilir.
- Hasil edilmiş neft və qaz həcmləri platformalardan dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına (Bakı yaxınlığında, quruda yerləşir) nəql edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
12 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
12 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!























