"Zəif suvarma infrastrukturu kənd təsərrüfatına mane olur"
ADB Azərbaycanın aqrar sahədə mövcud olan problemlərini açıqlayıb
"Azərbaycanda kənd təsərrüfatı potensialından maksimum istifadə etməyə mane olan bəzi problemlər həssas olaraq qalır”.
Bu barədə Asiya İnkişaf Bankının (ADB) Beynəlxalq Ərzaq Siyasəti üzrə Araşdırmalar İnstitununun “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq Proqramına üzv ölkələrin kənd təsərrüfatının inkişafı tendensiyaları: çağırışlar və imkanlar” adlı icmalında bildirilir.
Məlumata görə, ölkənin kənd təsərrüfatı potensialından maksimum istifadə etməyə zəif və inkişaf etməmiş suvarma infrastrukturu mane olur. Bununla yanaşı, fermerlər əkinçilik texnikalarının təkmilləşdirilməsi üçün lazımi təlim və təhsillərə malik deyillər. Bundan əlavə, ölkə iqlim dəyişikliyi təsirlərinə, xüsusilə də bölgədə artan daşqın və quraqlıq problemi ilə çox həssasdır. Kənd təsərrüfatı sahəsində tədqiqatların aparılmasına ayrılan maliyyə vəsaiti çox azdır”.
Xatırladaq ki, Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1% artım qeydə alınıb. Həmçinin, ötən ilin mühüm göstəricilərindən biri Azərbaycanda 3,2 milyon ton taxıl yığılmasıdır. Bunun 2,3 milyon tonu ərzaq buğdası oldu. Barama istehsalının həcmi isə 634 ton təşkil edib, bu isə son 21 ilin rekordu qeydə alınması idi. Pambıq yığımının həcmi isə 295 min ton təşkil etdi.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
5 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 7 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
2 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı























