"Yelo Bank"da mühüm təyinatlar
Azərbaycanın aparıcı banklarından olan, bir qədər əvvəl rebrendinq yaşayan "Yelo Bank"ın rəhbərliyində dəyişikliklər olduğu bildirilir.
Qeyri-rəsmi məlumata görə, "Yelo Bank"ın idarə heyəti sədrinin birinci müavini Fərhad Hacınski işindən ayrılıb.
Bundan başqa, bankın Rəqəmsal bankçılıq, Brendin idarəedilməsi və Müştəri təcrübəsi üzrə Baş direktoru David Birman da işdən ayrılıb. Eləcə də, bankın korporativ müştərilərlə işə departamentinin direktoru və eyni zamanda Kiçik kredit komitəsinin sədri Emil Rüstəmov da işdən azad edilib.
F.Hacınskinin yerinə, yəni "Yelo bank"ın idarə heyəti sədrinin birinci müavini vəzifəsinə İH sədrinin digər müavini Fuad Tağıyev təyin edilib. O karyerasına elə "Nikoil Bank"da başlayıb və artıq 15 ildir bu bankda çalışır.
"Yelo bank"da daha bir yüksək təyinat Yaşar Kərimovun bankın idarə heyəti sədrinin müavini təyin edilməsi olub. Y.Kərimov bundan əvvəl "Expressbank"da çalışıb, İnformasiya texnologiyaları, Biznesin inkişafı və Pərakəndə Bankçılıq Departamentlərinin rəhbəri olub. Sonra qısa müddətdə "Bank Respublika"da müşavir vəzifəsində işləyib, indi isə "Yelo bank"da idarə heyəti sədrinin müavini təyin edilib.
Nəhayət, 2019-cu ilin sonunda "Yelo bank"da digər müşüm təyinat da baş vermişdi. Ölkənin aparıcı banklarından olan "AccessBank"ın icraçı direktorlarından biri Günay Cəlilova "Yelo bank"a Baş direktor təyin edilib.
Günay Cəlilova bank sektorunda karyerasına 2006-cı ilin aprelində “Accessbank” QSC-də başlayıb, hansı ki, həmin il ərəfəsində bu bank “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” QSC adı altında (2008-ci ilə qədər) çıxış edirdi. Bankın rebrendinq ərəfəsində G.Cəlilova artıq bankın Filial Meneceri, daha sonra, yəni, 2016-cı ildən bu günə qədər isə Marketinq-Korparativ Bankçılıq Departamentində direktor vəzifəsində çalışıb. 2019-cu ilin aprelindən isə “Accessbank”ın icraçı direktoru vəzifəsinə təyin edilib.
© FED
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
19 d. əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
33 d. əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
55 d. əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub







.jpg)





.jpg)








