Rusiyadan Azərbaycana göndərilən pullar azalıb
Rusiyadan Azərbaycana pul köçürmələri 2016-cı ildə 739 mln. ABŞ dolları təşkil edib. Rusiya Mərkəzi Bankının statistikasına görə, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 87 mln. dollar və ya 10,5% azdır.
Ötən il Azərbaycana həyata keçirilən hər bir köçürmənin orta məbləği 354 dollar təşkil edib. Bu isə əvvəlki ilin analoji göstəricisinə nisbətən 100 dollar və ya 22% azdır.
Qeyd edək ki, Azərbaycandan Rusiyaya köçürmələr illik müqayisədə 85 mln. dollar və ya 49,4% azalaraq 2016-cı ildə 172 mln. dollara düşüb.
Nəticədə, Rusiyadan Azərbaycana xalis pul köçürmələri 2016-cı ildə 566 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. dollar və ya 0,53% azdır.
Ümumiyyətlə, Rusiyadan MDB ölkələrinə xalis pul köçürmələri 2016-cı ildə 7,282 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 97 mln. dollar və ya 1,35% çoxdur. Ən çox köçürmə 2015-ci ildə olduğu kimi Özbəkistana (2,442 mlrd. dollar) həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında isə RF-dən MDB ölkələrinə xalis pul köçürmələri 227 mln. dollar təşkil edib.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 15 d. əvvəl
-
-
33 d. əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
43 d. əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
-
16 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı




























