“Azəripək”dən kəlağayı təqdimatı - TANINMIŞ SİMALAR CƏLB EDİLİB
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə xalqımızın geyim etnologiyasının bir hissəsi hesab olunan, gözəllik, zəriflik rəmzi sayılan, qədim tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yaşadan bu qədim sənət incisi məşhurların iştirakı ilə ictimaiyyətə təqdim olunub.
ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, ölkənin içtimai-siyasi, sosial və mədəni həyatında fəal rol oynayan tanınmış xanımlar bir araya gələrək, Korporasiyanın törəmə müəssisəsi olan “Azəripək” MMC-nin istehsal etdiyi kəlağayıları təqdim ediblər.
Milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan bu qədim sənət növünün bütün gözəlliklərini özündə əks etdirən, nəciblik və xanımlıq rəmzi sayılan kəlağayını “Made in Azerbaijan” brendi adı altında dünyaya tanıtmaq məqsədi ilə təşkil edilmiş bu fotosessiyada millət vəkilləri Elmira Axundova və Ülviyyə Ağayeva, xalq artistləri Flora Kərimova və Həmidə Ömərova, əməkdar artistlər Sənubər İsgəndərli, Vəfa Zeynalova, Hüsniyyə Mürvətova, aktrisa Sevinc Əliyeva, teleaparıcılar Dilarə Səlim, Nərgiz Cəlilova, Lalə Azərtaş, “Bakı Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı və digər tanınmış simalar iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrindən olduğu beynəlxalq səviyyədə təsdiq edilib. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)





