Naxçıvanda bir sıra səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə qərara alınıb.
Sərəncama əsasən, 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq ediləcək.
- Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına;
- Naxçıvan Muxtar Respublika Xəstəxanasına;
- Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına;
- Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə;
- Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilib və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
35 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























