AMINOL nüfuzlu beynəlxalq “API” sertifikatını aldı
(®) Sumqayıt Kimya Sənaye Parkında yerləşən, ən müasir alman texnologiyası əsasında AMINOL lubricant məhsulları “Made in Azerbaijan” brendi ilə istehsalını daha da artırır.
Fəaliyyətə başladığı 2 il ərzində şirkət dünyanın tanınmış xammal istehsalçıları- Lubrizol, Afton Chemical, BASF, İnfineum, Chevron, BRB, ENI, Evonik kimi bir sıra tanınmış şirkətlərlə birbaşa müqavilələr imzalayıb. Bu dövr ərzində şirkətin yüksək ixtisaslı yerli və xarici kadrlarının əsas hədəfi yeksək keyfiyyətli məhsul istehsal etmək və ixrac potensialını artırmaq olmuşdur.
Bu məqsədlə,ilk növbədə Beynəlxalq UKAS sistemi vasitəsilə ISO 9001-2015, ISO 14001-2015 və ISO 17025 sertifikatları almışdır. Bundan əlavə, dünya nəhənglərindən olan General Electric (GE) şirkəti ilə əməkdaşlıq çərçivəsində 4 LL (Long Life) dizel mühərrikləri üçün MDB-də, bu sertifikata malik iki şirkətdən biridir.
Son günlər motor yağları istehsalçıları beynəlxalq və ən nüfuzlu , keyfiyyət göstəricisi olan API (American Petroleum İnstitute) sertifikatı alınmışdır. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq dünyanın 14 ölkəsinə ixrac olunan AMINOL lubrikant yeni ildən daha çox ölkələrə satılacağı mütləqdir.
API sertifikatı ilə istehsal ediləcək AMINOL yağları yanacaq sərfiyyatına qənaət, mühərriklərin və avadanlıqların istismar müddətinin uzadılması və ətraf mühitin çirklənməsinin qarşısının alınmasını təmin edəcək.
AMINOL kollektivi əldə edilən uğurlara görə, yaxından əməkdaşlıq etdiyi şirkətlərin, xüsusilə Lubrizol, BASF, İnfineum və British Petroleum Azerbaijan (BP), tələbkarlıq və əməkdaşlıqlarına görə minnətdarlığını bildirir.
AMINOL kollektivi hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir, can sağlığı və fəaliyyətində uğurlar arzu edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)






.jpg)





