Hesab.az daha bir yenilik ilə istifadəçiləri sevindirir!
© Bildiyimiz kimi ötən ilin Sentyabr ayında Hesab.az yenilənərək istifadəyə verilmişdi.
Hesab.az komandası olaraq bu bir il ərzində istifadəçilərimizin müraciət və təkliflərinin hər birini nəzərə aldıq və keçən həftədən etibarən Hesab.az veb səhifəsi və mobil görünüşün interfeysində təkmilləşdirmə işləri edilərək yeni dizayn ilə istifadəyə verildi.
Yeni interfeys ilə Hesab.az veb səhifəsi və mobil görünüşündə birbaşa ödəniş, saxlanılan və avtomatik ödənişlər, ödəniş tarixçəsi, icbari avto sığorta və səyahət sığortaının alışı və bu kimi digər yararlı xidmətlər ana səhifədə yer alıb ki, bu da ödəmələrin daha sürətli edilməsini təmin edir. Bundan əlavə yeni interfeysi ilə istifadəyə verilmiş Hesab.az veb səhifəsi indi daha rahat və ən əsası ödənişlər daha təhlükəsizdir.
Hesab.az tək interfeys dəyişimi ilə deyil, eləcə də yeni ödəniş xidmətləri və kampaniyalar da təqdim edir və istifadəçilərin marağını qoruyur. İstifadəçilərimizə təqdim edilən yeni funksiya ilə kartı nəinki Hesab.az-da, həm də Masterpass altında kartı yaddaşda saxlaya bilir və növbəti ödəniş zamanı məlumatları təkrarən qeyd etməyə ehtiyac qalmır. Bununla belə hazırda Hesab.az-da Masterpass kampaniyası ilə istifadəçilər 31 Dekabradək minimum 20 AZN ödəniş edib, endirim əldə edir və Hesab.az-da Xalq Bankın dəstəyi ilə 20 Dekabradək istifadəçilərimiz PULSUZ Xalq Bank Visa Classic debit kartı əldə edə bilirlər.
Hesab.az istifadəçilərin müraciətlərini nəzərə alaraq, növbəti il üçün bonuslarla bağlı və loyallıq proqramı üzrə bir sıra planlar edir, həmçinin Hesab.az mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Hesab.az-da edilən yeniliklərdən ən birinci xəbərdar olmaq üçün Hesab.az-ı sosial media kanallarında ( https://www.facebook.com/hesabaz/ , https://www.instagram.com/hesabaz/ ) izləməyi unutmayın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 35 d. əvvəl
-
-
38 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















