Rusiyanın ixrac missiyası Azərbaycanda səfərdə olub
Rusiyalı bir qrup biznesmen 4-6 dekabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olublar.
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), "ASK Business Consulting" (ABK) şirkətinin və Rusiyanın “Экспо - Контракт” şirkətinin təşkilatçılığı ilə Orenburq vilayətini təmsil edən sahibkarlar Azərbaycan şirkətləri, dövlət qurumlarının rəhbərləri və nümayəndələri ilə görüşüblər.
ASK-nın yaydığı məlumatda bildirilir ki, B2B görüşlərdə öz məhsul və xidmətlərini təklif edən Rusiya şirkətləri Azərbaycan bazarına böyük maraq göstərdiklərini bildiriblər.
Orenburq vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Darya Makarova bildirib ki, Azərbaycanda böyük bazar var və Rusiyadan ölkəmizə xeyli məhsul idxal olunur.
“Azərbaycan 2020-ci ildən başlayaraq bizim prioritet bazarlar sırasına daxildir. Sizin bazarı öyrənmişik və ehtiyaclarınızı bilirik. Məlumdur ki, Bakı daima inkişaf edir və ona görə də şirkətlərimiz arasında tikinti materialları sektorunun təmsilçisi də var. Eyni zamanda kənd təsərrüfatı, qablaşdırma ilə bağlı sahibkarlar da iştirak edir. Azərbaycanda çalışmaq istəyən istənilən sahibkarımızı dəstəkləməyə hazırıq”, - deyən D.Makarova xalqlarımızın tarixi dostluğunu xatırladıb.
Mərkəzin rəhbəri Rusiya ilə Azərbaycan xalqlarının dostluğunu, bir-birimizə nə lazım olduğunu bildiyimizi vurğuladı. Onun sözlərinə görə, yaxın gələcək üçün əməkdaşlıq planları artıq hazırdır”.
İxraca Dəstək Mərkəzinin layihələr üzrə rəhbəri Kvarç Georgi Boqdanoviç mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ixracı subsidiyalaşdırmaq, faktorinq, sövdələşmələrin hazırlanmasında sahibkarlara dəstək olan Mərkəz nəticədə ixracla bağlı sahibkarların bütün risklərinin azalmasına kömək edir.
“Biz Azərbaycanda məhsullarımızın sərgisini keçirməyi planlaşdırırıq. Düşünürük ki, həmin sərgidə ölkəniz üçün gətirdiyimiz məhsullarla bərabər, Rusiya bazarı üçün maraqlı ola biləcək Azərbaycan məhsulları da nümayiş edilsin. Biznesə qarşılıqlı yanaşmanı və hər iki ölkənin tələbatının ödənilməsini həyata keçirməyi planlaşdırırıq”, -deyə cənab Boqdanoviç söyləyib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)





