Qeyri-neft sektoru ölkəyə nə qədər valyuta qazandırıb? YENİ İXRAC RƏQƏMLƏRİ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin noyabr sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizin ixracı 16,8 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 836,5 milyon ABŞ dolları və ya 5,2 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 573 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 222 milyon ABŞ dolları və ya 16,4 faiz artıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Rusiyaya 533,9 milyon, Türkiyəyə 324,6 milyon, İsveçrəyə 147,7 milyon, Gürcüstana 131,5 milyon və Ukraynaya 39,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
POMİDOR LİDERLİYİNİ QORUYUB
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 10 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 10 faiz, İsveçrəyə 29 faiz, Gürcüstana 23 faiz və Ukraynaya 38 faiz artıb. 2019-cu ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (147,6 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 142,1 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı (100,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Ümumiyyətlə, 2019-cu ilin 10 ayı ərzində meyvə-tərəvəz ixracı 455,5 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 161,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 106,9 milyon, pambıq lifi ixracı 91,8 milyon, kimya sənayesi məhsullarının ixracı 86,6 milyon, elektrik enerjisinin ixracı 62,9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 50,9 milyon, pambıq ipliyi ixracı 24,5 milyon, şəkər ixracı 24,2 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 21,4 milyon ABŞ dolları təşkil edib.
İÇKİLƏRİN İXRACI KƏSKİN ARTIB
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 62 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 56 faiz, pambıq lifinin ixracı 42 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ipliyinin ixracı 28 faiz, meyvə-tərəvəzin ixracı 12 faiz, şəkər ixracı 10 faiz, elektrik enerjisi – 6 faiz artıb.
OKTYABRDA XURMA BİRİNCİ OLUB
2019-cu ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 160 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 2019-cu ildə qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 11 faiz artıb. Bu ilin oktyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (68,3 milyon ABŞ dolları), İsveçrəyə (22,4 milyon ABŞ dolları), Türkiyəyə (20,6 milyon ABŞ dolları), Gürcüstana (8,3 milyon ABŞ dolları) və Ukraynaya (7 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (27,1 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 21,4 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (10,7 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat əvvəl
Naxçıvan sahibkarlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubu
-
5 saat əvvəl
"Binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı" xəbərə “Kristal”dan reaksiya
-
-
18 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 1 gün əvvəl
-
1 gün əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
1 gün əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
2 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
























