Azərbaycanda mobil cihazlarla Facebook-dan istifadə azalır
Azərbaycanda mobil internetdən istifadənin həcmi artıb.
Bu ilin birinci rübündə internetə daxil olmaq üçün mobil cihazlardan istifadə 57,49 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,41 faiz çoxdur. Dünya üzrə bu göstərici 2017-ci ilin ilk üç ayında 55,05 faizə bərabər olub. Ümumilikdə Azərbaycanda mobil cihazlardan internetə daxilolmalar 2016-cı ildə 52,03 faiz təşkil edib. Yalnız bu ilin martında isə mobil cihazların payı 58,25 faizə çatıb.
ANDROİDİN PAYI ARTIR
Eyni zamanda Azərbaycan bazarında mobil əməliyyat sistemlərinin mövqeləri də məlum olub. Belə ki, ötən ilin ilk rübü ilə nisbətdə bu il Android əməliyyat sisteminin mövqeləri 5 faizdən çox artaraq 76,13 faiz olub. Apple şirkətinin iOS sistemi isə 1,14 faiz geriləyərək 16,52 faizlə ikinci olub. Həmçinin mobil cihazlar üçün Windows sistemi də əvvəlki mövqelərini itirməkdə davam edir.
Twitter, İnstagram və Pinterest-DƏ ARTIM
Mobil cihazlar və kompyuter vasitəsilə sosial mediadan istifadəyə gəlincə bu ilin ilk 3 ayında ötən ilin həmin dövrü ilə müqayisədə azalma olub. Belə ki, ötən ilin birinci rübündə mobil cihazlarla Facebook-dan istifadə 94,12 faiz idisə, bu il həmin göstərici 89,55 faizə düşüb. Eyni vəziyyət bu ilin fevral və mart ayları ilə müqayisədə də müşahidə olunur. Fevralda həm mobil, həm də kompyuter vasitəsilə Facebook-da fəallıq 83,61 faiz, martda isə 74,96 faiz olub. Lakin Twitter, İnstagram və Pinterest sosial şəbəkələrində artım qeydə alınıb.
Qeyd edək ki, bu il martın 31-nə olan vəziyyətə əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 7 milyon 531 mindən artıq olub. Bu barədə İnternet Word Stats təşkilatının son hesabatında qeyd olunur. Statistikaya əsasən, ötən ilin iyunundan indiyədək 1,5 milyondan çox artım qeydə alınıb. Azərbaycan əhalisinin 75,5 faizi internetlə əhatə olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








