"Saudi Aramco"nun 0,5 faizi fərdi sərmayəçilərə satılacaq

Dünyanın ən dəyərli şirkəti olması gözlənilən Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun 11 dekabrda həyata keçirilməsi planlaşdırılan ilk kütləvi satışında (IPO) səhmlərinin 0,5%-i fərdi sərmayəçilərə təqdim ediləcək.
"Marja" xəbər verir ki, "Saudi Aramco"nun IPO üçün hazırladığı təqdimata görə, "Aramco"nun səhmlərinə qiymət qoyulması fərdi sərmayəçilər üçün 17-28 Noyabr, korporativ sərmayəçilər üçün isə 17 Noyabr - 4 Dekabrda reallaşdırılacaq.
Sərmayəçilərin təkliflərinin ardından "Aramco"nun səhminin son qiyməti 4 dekabrda elan ediləcək və şirkətin IPO-su Səudiyyə Ərəbistanının birjası "Tadawul"da 11 Dekabrda reallaşdırılacaqdır.
Səudiyyə hökuməti sahib olduğu "Aramco" səhmlərini IPO-nun ardından 12 ay sata və 6 ay ərzində bazara yeni "Aramco" səhmləri çıxara bilməyəcək.
Təqdimatda "Saudi Aramco" səhmlərinin "Tadawul"da yalnız Səudiyyə Ərəbistanı riyalında satışa təqdim ediləcəyi qeyd edilib. Tələbin yüksək olması vəziyyətində xarici sərmayəçilərin riyal əldə edə bilməmələrinin IPO-ya mənfi təsir edəcək risklərdən biri kimi göstərilir.
Təqdimata görə, 2018-ci ildə "Saudi Aramco"nun xalis mənfəəti 111 milyard dollar təşkil edib.
"Saudi Aramco" IPO-sunun ardından şirkətin bazar dəyərinin 1,5 - 2 trilyon dollar arasında olması gözlənilir, bu miqdar "Apple", "Microsoft", "Alphabet" (Google) kimi texnologiya və "ExxonMobil", BP, "Royal Dutch Shell" kimi enerji nəhənglərinin hər birinin bazar dəyərlərindən yüksəkdir.
Səudiyyə Ərəbistanının sahələrində qalan neft ehtiyatları ilə əlaqədar verilən məlumata görə, şirkətin 209,1 milyard barel neft ehtiyatı mövcuddur. Bu miqdar ABŞ, Kanada, Rusiya, İraq və İran kimi neft ehtiyatı ilə zəngin ölkələrin ehtiyat miqdarlarını keçir, yalnız Venesuelanın ehtiyatından geridə qalır.
İNVESTORLAR ÜÇÜN RİSKLƏR
Təqdimatda "Saudi Aramco" səhmlərini alacaq sərmayəçilər üçün ola biləcək risklərə də yer verilib. Şirkətin fəaliyyətlərinin qlobal neft bazarındakı tələb və təklif dəyişiklikləri ilə xam neft qiymətlərindəki "dalğalanmalardan" təsirlənə biləcəyi qeyd edilib.
Təqdimatda, şirkətin neft ixracatının əhəmiyyətli hissəsinin həyata keçirildiyi Asiya iqtisadiyyatlarındakı inkişafların "Aramco"ya da əks oluna biləcəyi xəbərdarlığı edilib.
İqlim dəyişikliyiylə əlaqədar narahatlıqların gələcəkdə qlobal neft tələbinə mənfi təsir edərək şirkətin sərmayə və xərclərinə təsir edə biləcəyi vurğulanıb.
"Şirkətin rəhbərliyinin səhmləri birjada ticarət olunan bir şirkəti idarə etməkdə məhdud təcrübəsi" olduğu qeyd edilən təqdimatda "Aramco"nun ölkə daxilində neft satışları üçün Səudiyyə Ərəbistanı hökumətindən aldığı maliyyənin dəyişikliyə uğraya biləcəyi qeyd edilib.
Orta Şərqdəki siyasi, ictimai və silahlı qarşıdurmaların "Aramco"nun fəaliyyəti və maliyyə vəziyyətində risk meydana gətirə biləcəyi qeyd edilən təqdimatda, şirkətin obyektlərinin keçmişdə terror hücumlarının hədəfi olduğu xatırladılıb.
"Aramco"nun iki obyektinə 14 Sentyabrda təşkil edilən hücum nəticəsində neft istehsalında yaranan fasilə qlobal neft təklifinin 6%-nə təsir etmiş və neft qiymətlərində kəskin yüksəlişə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat sonra
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
42 d. əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
57 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
