Elektron portalın ölkə üzrə tətbiqinə başlanıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bəzi tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınması üzrə elektron portalın ölkə üzrə tətbiqinə başlayıb.
2019-cu ilin fevral ayından etibarən istifadəsinə başlanılmış elektron portal üzrə işlərin bir neçə mərhələdə görülməsi planlaşdırılıb. İlkin mərhələdə elektron sistem Bakı şəhəri üzrə tətbiq edilib. Nəticədə portal vasitəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının layihələri üçün 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə etmək imkanı yaradılıb.
Hazırda “Bir pəncərə” prinsipi ilə işləyən elektron portalın ölkə üzrə tətbiqinin genişləndirilməsinə - ikinci mərhələyə başlanılıb. Bu məqsədlə pilot layihə ilk olaraq Lənkəran iqtisadi rayonu üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Yaxın zamanda isə sistem bütün ölkə üzrə tətbiq edilərək ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını mümkün edəcək.
Elektron portal məmur-sahibkar ünsiyyətini minimuma endirərək daha qısa vaxt çərçivəsində rayonlar üzrə də icazələrin alınması prosesini şəffaflaşdıracaq. Növbəti mərhələlərdə isə bu sistem vasitəsi ilə ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin alınması istiqamətində işlər davam etdiriləcək.
Sonra seminar iştrakçıları elektron sistemin işləmə mexanizmi ilə canlı tanış olublar. Həmçinin elektron sistem və sənədlərin icrası ilə bağlı onlarda yaranmış suallar Komitənin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.
Qeyd edək ki, “Bir pəncərə” prinsipi ilə işləyən elektron portal dövlət başçısının 28 dekabr 2018-ci il tarixli “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanmışdır. Elektron portalın tətbiqində məqsəd Azəbaycan Respublikası Prezidentinin ölkədə həyata keçirdiyi sosial-iqtisadi islahatların bir hissəsi olaraq sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















