1635 vakant yer üçün 90 minə yaxın müraciət - AZƏRBAYCANDA
01.01.2018-ci il tarixindən 31.12.2018-ci il tarixinədək SOCAR-ın www.socar.az veb-saytının "karyera" bölməsinin "işə qəbul" bölümündə "vakansiyalar" hissəsində 1055 adda vakansiya üzrə 1635 vakant yer elan olunmuş və bu vakansiyalar üzrə elektron qaydada müraciət etmiş 89471 vətəndaşın təqdim etdiyi məlumatların vakansiyaların tələblərinə uyğunluğu yoxlanılmış və 39382 nəfər növbəti mərhələyə buraxılmışdır.
"Marja" xəbər verir ki, bu barədə SOCAR-ın 2018-ci il ərzindəki fəaliyyətinə dair hesabatda deyilir.
Qeyd edilib ki , test imtahanında 21991 nəfər iştirak etmiş, 5357 nəfəri imtahandan uğurla keçmişdir. 1589 nəfər peşə sınaq imtahanlarında (fəhlə peşələri üzrə praktiki bacarıqların yoxlanılması), 2891 nəfər isə müsahibə mərhələsində iştirak etmişdir ki, onlardan müsabiqədən müvəffəqiyyətlə keçmiş 1181 nəfəri (443 nəfəri peşə sınaq imtahanından, 738 nəfəri müsahibədən) işlə təmin edilmək üçün SOCAR-ın müəssisə və təşkilatlarına göndərilmiş, 354 nəfəri isə SOCAR-ın Kadr ehtiyatı bazasına (KEB) daxil edilmişdir.
Həmçinin, SOCAR-ın Kadr ehtiyatı bazasından 231 nəfər SOCAR-ın müəssisə və təşkilatlarına işə qəbul üçün göndərilmişdir. SOCAR-ın rəhbərliyinin təqdimatı əsasında 183 nəfər, SOCAR-ın daxili (3) və xarici (11) təqaüd proqramlarının məzunlarıdan 14 nəfər işə qəbul edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







