Azərbaycanda turizm sektorunda 25 min iş yeri yaradılacaq
Turizm sektoru üzrə müəyyən edilmiş 16 prioritetin həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 mln. manat artacaq.
Bu barədə "Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Sənədə əsasən, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə, cəmi 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılacaq: "Bu təsirə nail olmaq üçün 2020-ci ilədək altı aralıq hədəf indikatorları müəyyən edilib. Həmin hədəf indikatorlarına Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 mln. gecədən 2020-ci il üzrə ən azı 3,65 mln. gecəyədək artırılması, hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artırılması, Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayının 2015-ci ildə 0,5 mln. nəfərdən 2020-ci ildə 0,9 mln. nəfərədək, yerləşdirilməyən xarici vətəndaşların sayının isə 2015-ci ildə 0,8 mln. nəfərdən 2020-ci ildə 1,5 mln. nəfərədək artırılması, tədricən aşağı büdcəli gəlmə turizm göstəricisinin 265 minə çatdırılması, sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması (Naftalandakı sağlamlıq obyektlərinin istifadəsi nəzərdə tutulur),“Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzərində yerləşən məntəqələrə 180 mindən artıq turistin cəlb olunması daxildir".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)










.jpg)




