"ABŞ Suriyada nefti qorumaq üçün əsgər saxlayacaq"

ABŞ Prezidenti Donald Tramp, İŞİD lideri Əbu Bəkir Bağdadinin ölməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında, Suriyanın nefti üçün "Exxon Mobil ilə razılaşa biləcəyini' söyləyib.
"Marja" xəbər verir ki, Tramp, mətbuat konfransında ABŞ-ın Suriyadan çıxması qərarı haqqındakı bir suala, "Türkiyə və Suriyanı həyatımızın sonuna qədər qorumaq istəmirəm. Mən əsgərlərimizin Suriyada olmasını istəmirəm. Yalnız neftin təhlükəsizliyi üçün orada əsgər saxlayacağıq”.
Tramp, "Ölkənin müəyyən bir ərazisində olan nefti təhlükəsizlik altına alacağam. Bu neft üçün döyüşməmiz lazım gələ bilər", - ifadələrini istifadə edib.
ABŞ Prezidenti, "Neft çox qiymətlidir. Biz də bir miqdar ala bilməliyik. Bəlkə də, “Exxon Mobil” və ya möcüzə şirkətlərimizdən biri ilə bir müqavilə bağlayıb, oraya gedib, bu işi həyata keçirə bilərik" deyib.
Donald Tramp əlavə edib ki, ABŞ Yaxın Şərqə neft üçün daxil olmayıb. İndiyədək ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara 8 trilyon dollar xərcləyib. Bu qədər xərc regiondakı neftin qarşılığında çox yüksəkdir.
Bir sıra mütəxəssislər, ABŞ-ın, İsrailin planlarına və silah istehsalçılarının maraqlarına görə Yaxın Şərqdə hərbi əməliyyatlara qatıldığını iddia edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
