Rövnəq Abdullayevdən Türkmənistana təklif
SOCAR-ın prezidenti Türkmənistanda "SOCAR Trading" nümayəndəliyinin açılmasını təklif edib
Oktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən 24-cü “Türkmənistan Neft və Qaz - 2019” sərgi və konfransında iştirak edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfrans panelində çıxış etmiş, son iki il ərzində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən imzalanmış birgə bəyanatların əhəmiyyətini qeyd etmiş, iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yeni impulsun verildiyini vurğulamışdır.
Bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirmişdir. Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən Rövnəq Abdullayev, Türkmənistanda "SOCAR Trading" şirkətinin nümayəndəliyinin açılmasını təklif etmişdir.
SOCAR-ın prezidenti rəsmi səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov ilə görüşmüş, Türkmənistan ilə neft və qaz sənayesində perspektivli əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
SOCAR 24-cü “Türkmənistan Neft və Qaz” konfransında həmtəşkilatçı qismində iştirak etmiş və həmçinin sərgidə geniş təqdimatla təmsil olunmuşdur. “Türkmənistan Neft və Qaz” beynəlxalq konfransı ölkənin dövlət qurumları ilə beynəlxalq neft və qaz şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə hər il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilir.
Qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi xam neft həcmlərinin Ceyhan limanından satışını, üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir, eyni zamanda, logistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə SOCAR-a yardım göstərir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
20 d. əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
-
- 22 d. əvvəl
-
40 d. əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədə işsizlərin sayı 58 min nəfər azalaraq 2 milyon 913 min nəfərə düşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb























