Bu gün Google yeni smartfonunu təqdim edəcək - CANLI İZLƏ
Bu gün yerli saatla 18:00-da Google yeni məhsulunu təqdim edəcək.
Google şirkəti Pixel adlı smartfonun 4-cü nəslini bu gün təqdim edərək telefonun funksionallığı ilə son günlərdə bazarda satış payını artıran markalara meydan oxuyacağı təxmin edilir.
Pixel 4 P-OLED ekrana və 5.7 inch (83.8 cm2) ekran ölçüsünə sahib olan Google smartfonlarının yaddaş tutumları 6GB/64GB və 6GB/128GB olacaq.
Mediaya sızan məlumata görə, Qualcomm Snapdragon 855 olan Pixel 4 həm standart, həm də XL versiyada olacaq. Dəqiq olan xüsusiyyətlərdən biri "admiral gəminin" Android 10 əməliyyat sistemi ilə təmin edilməsilə yanaşı həm də Motion Sense və Face Unlock özəlliklərinin olmasıdır. Belə ki, bu özəlliklər sayəsində telefona gələn zəngləri və zəngli saatı idarə etmək, hansısa media fayllarını dəyişmək mümkün olacaq.
Google Pixel 4 smartfonunun təqdimat videosunda bu özəlliklər də təqdim edilib. Təqdimat videosunu izləmək üçün linkə keçid edə bilərsiniz: Google Pixel 4 təqdimat videosunu izlə
Google Pixel 4 smartfonunun batareya gücü 2800 mAh, Pixel 4 XL-də isə 3800 mAh olacağı və 5G şəbəkəsini dəstəkləyəcəyi bildirilir.
18:00-da başlayacaq təqdimatda Pixel 4 ilə yanaşı Google şirkətinin digər məhsullarını da təqdim ediləcəyi gözlənilir.
Qeyd olunan linkə keçid edərək Google Pixel 4 və digər Google məhsullarının təqdimatını canlı izləyə bilərsiniz: Google yeni məhsul təqdimatını canlı izlə
“Marja.az” bu xəbəri Marcom Marketinq və Kommunikasiya şirkətinin dəstəyilə təqdim etdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
7 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















