Expressbank-da qanvermə aksiyası keçirilib
Expressbank kollektivi ötən illər olduğu kimi, bu il də ənənəsinə sadiq qalaraq, Mərkəzi Qan Bankı ilə birlikdə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində qan xəstəliyindən əziyyət çəkən insanlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası təşkil etmişdir.
Hazırda respublikamızda 2000-dən artıq qan xəstəliklərindən əziyyət çəkən insanların köməyə ehtiyacları vardır. Bankın baş ofisində keçirilmiş qanvermə aksiyasında Expressbank-ın əməkdaşları fəal iştirak etmişlər. Ümumiyyətlə, Expressbank kollektivi mütəmadi olaraq uşaq evləri, qocalar evi, şəhid ailələrini ziyarət edir və sosial yönümlü aksiyalara xüsusi diqqət ayırırlar.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
13 d. əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
-
-
53 d. əvvəl
Azərbaycanda ilk "Subway" restoranının hansı ərazidə açılacağı məlum olub
-
59 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 saat əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
Ən çox oxunanlar
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan neftnin son qiyməti
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi




















