Trampın vəzifəsindən kənarlaşdırılması prosesi başladı
ABŞ Nümayəndələr Palatasının sədri Nancy Pelosi, Prezident Donald Trampın vəzifəsindən azad edilməsi üçün rəsmi təşəbbüs göstərdiklərini açıqlayıb.
"Marja" xəbər verir ki, Pelosi, Nümayəndələr Palatasının Demokrat vəkilləri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verib.
Trampın vəzifəsindən kənarlaşdırılması prosesin (impiçment) başlanılması üçün ilk rəsmi təşəbbüsü etdiklərini açıqlayan Pelosi, "Tramp, etdiklərinin hesabını verməlidir. Heç kəs hüququn üzərində deyil", - ifadələrini istifadə edib.
Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda telefon danışığı zamanı Demokrat Co Baydenin (Joe Biden) araşdırılmasını istədiyini bildirən Pelosi, "Trampın hərəkətləri milli təhlükəsizliyimizəzərbə endirir",- deyib.
Tramp, ABŞ tarixində haqqında impiçment başlamış 4-cu prezidentdir.
Trampdan Demokratların "impiçment" təşəbbüsünə reaksiya
ABŞ Prezidenti Donald Tramp, Demokratların özünə qarşı impiçment prosesinin başlanılması üçün ilk rəsmi müraciətlərinə dair, "Ölkəmiz üçün nə pis" açıqlamasını edib:
"Bu gün BMT-də əhəmiyyətli bir gün, çox iş və uğur var və Demokratlar qəsdən daha çox son dəqiqə verərək, bunu batırmaq və alçaltmaq istəyirlər. İfritə ovu zibilliyi. Ölkəmiz üçün nə pis".
ABŞ-da "Joe Biden" iddiaları
Amerikanın "Wall Street Journal" qəzeti, cümə günü, Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda telefon danışığında, bu ölkədən Baydenin (Biden) oğlunu araşdırmalarını istədiyini iddia etmişdi.
Tramp, sözügedən iddiadan sonra Zelenskiy ilə telefon danışığının tamamilə üsullara uyğun olduğunu bildirərək, "Zelenskiy ilə nə danışdığımın əhəmiyyəti yoxdur. Birləri Baydeni araşdırmalıdır", - ifadəsini işlətmişdi.
Həmçinin dünən ABŞ mətbuatında, Trampın Ukrayna liderinə, "Baydenin və ailəsini araşdırsalar yardım edəcəyini" şərt qoşduğu da irəli sürülmüşdü. Tramp isə sözügedən telefon danışığından əvvəl Ukraynaya 400 milyon dollarlıq yardımların təxirə salındığını bildirmişdi.
Trump, bu gün sözügedən telefon danışığının yayımlanması göstərişi verdiyini bildirib.
Demokratlar iddianın doğru olması vəziyyətində Trampın siyasi rəqibinə zərər vermək niyyətində olduğunu bildirərək, ABŞ Prezidentinə reaksiya göstərirlər.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
1 saat əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
1 saat əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
1 saat əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
2 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub







.jpg)






.jpg)









