BP Azərbaycanda alternativ enerji sahəsində layihələrin həyata keçirilməsində maraqlıdır
İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, nazir Şahin Mustafayev 1994-cü ildə uğurlu və düşünülmüş neft strategiyasının nəticəsi olan "Əsrin müqaviləsi"nin imzalanmasının və transmilli layihələrin icrasının neft-qaz sənayesi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdiyini vurğulayıb, BP şirkəti ilə fəal əməkdaşlığı qeyd edib.
Əməkdaşlığin genişləndiriılməsinə gəlincə, Böyük Britaniyanın təcrübə və texnologiyasını qeyd edən Şahin Mustafayev diqqətə çatdırıb ki, BP şirkəti ilə neft-qaz sahəsində avadanlıqların birgə istehsalı təşkil edilə, alternativ enerji sahəsində əməkdaşlıq oluna bilər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın neft strategiyasının uğurla davam etdirildiyini, ölkəmizin etibarlı tərəfdaş olduğunu və BP ilə uzunmüddətli əməkdaşlığını vurğulayıb. Qəri Counz BP-nin ölkəmizdə həyata keçirdiyi və nəzərdə tutulan layihələri barədə məlumat verib, alternativ enerji sahəsində Azərbaycanın potensialını qeyd edib, bu sahədə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycanın BP ilə əməkdaşlığının inkişaf istiqamətləri, nəzərdə tutulan konkret layihələr barədə fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























