Ödənişlərinin 5 qat artmasına baxmayaraq “İpək Yolu Sığorta” mənfəət əldə edib
“Silk Way Group” şirkətlər qrupuna daxil olan və əsasən aviasiya sığortası fəaliyyəti ilə məşğul olan “İpək Yolu Sığorta” ASC 2019-cu ilin 1-ci yarısını 1 milyon 143 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ötən ilin eyni dövrünü 1 milyon 119 min manat xalis mənfəət ilə bağlamışdı.
“Marja” Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-iyun dövründə “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 14 milyon 535 min manat, cəmi xərcləri 13 milyon 392 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Şirkətin 1 milyon 143 min manat mənfəəti yaranıb. “İpək Yolu Sığorta” ilk 6 ayda mənfəət vergisi ödəməyib.
Cəmi gəlirlərin 5 milyon 32 min manatı xalis sığorta ehtiyatlarının müsbətə dəyişməsindən qaynaqlanıb. Ötən ilin 1-ci yarısında bu bənd üzrə gəlirə töhfə 891 min manat təşkil etmişdi.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-iyun dövründə “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 9 milyon 276 min manat, cəmi xərcləri 8 milyon 157 min manat təşkil etmiş, 1 milyon 119 min manat mənfəət yaranmışdı.
2018-ci ilin 12 ayı ərzində isə “İpək Yolu Sığorta” ASC-nin cəmi gəlirləri 20 milyon 722 min manat, cəmi xərcləri 18 milyon 605 min manat, mənfəəti 1 milyon 117 min manat təşkil etmişdi. Şirkət 423 min manat mənfəət vergisi ödədiyindən ili 1 milyon 694 min manat xalis mənfəət ilə bağlamışdı.
SIĞORTA ÖDƏNİŞLƏRİ KƏSKİN ARTIB
İpək Yolu Sığorta” ASC-nin 2018-ci ilin birinci yarısında topladığı sığorta haqları 7 milyon 710 min manat ikən, 2019-cu ilin 1-ci yarısında 8 milyon 588 min manata yüksəlib. Ötən ilin birinci yarısında 915 min manat təşkil etmiş sığorta ödənişləri 2019-cu ilin birinci yarısında 5 milyon 67 min manat təşkil edib (5,5 dəfə artıb).
2018-ci ildə Şirkətin cəmi sığorta ödənişləri 1 milyon 717 min manat təşkil etmişdi.
Xatırladaq ki, “İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə, bu il təxminən, 5 milyon manat sığorta ödənişi verib. Ödəniş sığortaçı ilə birlikdə “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib.
"İpək Yolu Sığorta" ASC 4 səhmdara (2 fiziki, 2 hüquqi şəxs) aiddir. Ən böyük səhmdarlar "Silk Way Avia Şirkəti" MMC (19,05%), Əsgərova C.C (38,74 %) və Əsgərova M.C (38,74 %)-dir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
16 d. əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
-
21 d. əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
46 d. əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
-
16 saat əvvəl
Birbank debet kartları arasında köçürmələr limitsiz və komissiyasızdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Ən çox oxunanlar
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























