Azercell “Biznesim” sosial şəbəkə paketlərini təqdim edir
(®) Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın
Azercell “Biznesim” tarif planı və digər aylıq biznes internet paketləri daxilində üç yeni aylıq paket təqdim edir. Artıq Azercell-in “Biznesim” Sosial şəbəkə paketləri ilə sahibkarlar əsas internet paketini sərf etmədən, öz şirkətlərinin sosial media aktivliyini gücləndirə bilər.
Belə ki, real zaman rejimində məhdudiyyətsiz ünsiyyət, fasiləsiz bağlantı və müştərilərə daim dəstək olmaq üçün “Biznesim Çat” paketi xüsusi olaraq işlənib hazırlanmışdır.
Müştərilərlə hər bir anı bölüşmək və onları məlumatlı saxlamaq üçün “Biznesim Sosial” paketi limitsiz sayda paylaşım etmək və postlarla bölüşmək imkanı yaradır.
“Biznesim Media” paketi isə bütün digər paketlərə daxil olan tətbiqlərlə həyatı daha dinamik yaşamaq üçün nəzərdə tutulub.
Azercell-in “Biznesim” Sosial şəbəkə paketləri ilə YouTube, Instagram, Facebook, WhatsApp, LinkedIn, Telegram da daxil olmaqla, 12-yə qədər müxtəlif sosial media kanallarından istifadə etmək mümkündür.
Bağlantı erasında istənilən biznesin sosial mediada mövcud olması son dərəcə əhəmiyyətlidir.
Biznesin kiçik yerli mağaza və ya böyük şirkət kimi fəaliyyət göstərməsindən asılı olmayaraq - Sosial media rəqəmsal marketinq strategiyasının ayrılmaz bir hissəsidir.
Sosial platformalar müştərilərlə əlaqə yaratmağa, brend haqda məlumatın geniş əhatədə yayılmasına və şirkətin satış həcminin artmasına köməklik edir.
Qeyd edək ki, hər ay dünyada üç milyarddan çox insan sosial mediadan istifadə edir və bu qaçılmaz bir trendə çevrilib.
“Biznesim Çat”, “Biznesim Sosial” və “Biznesim Media” sərfəli paketlərindən faydalanmaq üçün, müvafiq olaraq, B1, B2 və B3 mətnini 2525 qısa nömrəsinə göndərmək lazımdır.
Azercell sahibkarlara bizneslərinin Rəqəmsal Dünyanı fəth etməsində kömək edir!
Daha ətraflı məlumat üçün aşağıdakı linkə müraciət edə bilərsiniz:
https://www.azercell.com/az/corporate/mobile_communications/data_packs_business/biznesim_social/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























