Xəzərdə mürəkkəb qurğu quraşdırıldı - FOTOLAR
Azərbaycanda yeni texnologiyalara əsaslanan ilk müasir tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşmaq üzrədir. Azərbaycan hökuməti və Koreya İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi “Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti xüsusi gəmilərlə Hövsandakı tikinti meydançasından gətirilərək quraşıdırılıb. Bu barədə “Azərsu” ASC-nin yaydığı məlumatda bildirilir.
Sabunçu rayonunun Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tulantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir. Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib. Xəttin quraşdırlıması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sualtı boru kəmərlərinin tikintisi və metal konstruksiyaların korroziyadan mühafizəsi sahəsində ixtisaslaşmış “Neftqaztikinti” trestinin Hövsan qəsəbəsi yaxınlığında yerləşən tikinti meydançasında həyata keçirilib.
Xəttin korroziyaya qarşı davamlılığını təmin etmək üçün borular daxildən və xaricdən xüsusi materialllarla izolyasiya olunub. Bu yaxınlarda boruların quraşdırılması işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilb.
Hidrometeoroloji proqnozlar əsasında hava şəraiti nəzərə alınaraq və dənizdə dalğaların sabit olması əsas götürülməklə xəttin daşınması üçün münasib vaxt seçilib. Xəttin uzunluğu və ağırlığı nəzərə alınaraq daşınma işlərinə xüsusi təyinatlı gəmilər cəlb olunub. Azərbaycan və koreyalı mütəxəssislərin iştirakı ilə kəmərin daşınmasına bütün marşrut boyu ciddi nəzarət olunub. Çıxış xətti 2 gün ərzində Pirşağıya çatdırılıb və əvvəlcədən hazırlanmış xəndəyə yerləşdirilib. 4 gün davam edən mürəkkəb texnoloji proses nəzərdə tutulmuş vaxtda, keyfiyyətlə və təhlükəsiz şəraitdə icra edilib. Pirşağı tullantı sutəmizləyici qurğunun çıxış xəttinin 400 metrlik hissəsi quru, 1300 metrlik hissəsi isə dənizdə quraşdırılıb. Bütün bunlar nəzərə alınaraq əvvəlcədən dənizin dibi ilə marşrut müəyyən edilib və ixtisaslaşmış gəmilərlə dib dərinləşdirmə işləri aparılıb.
Qeyd edək ki, 2017-ci ildə tikintisinə başlanılmış Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90 faizdən çoxu yerinə yetirilib. Ərazidə yaranan tullantı sularının toplanaraq təmizləyici qurğuya ötürülməsini təmin etmək məqsədilə giriş nasos stansiyasının yer səthindən 28 metr dərinlikdə yerləşən şaxtası inşa edilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır. Qurğuda tullantı suları 3 mərhələdə təmizlənəcək. Əvvəlcə tullantı sularının tərkibində olan iri cismlər barmaqlıqlarda, xırda hissəciklər və yağlar isə incə barmaqlıq və qumtutucuda təmizlənəcək. Mexaniki təmizləmə prosesi yekunlaşdıqdan sonra tullantı suları bioloji təmizlənmə məqsədilə biosfor qurğusuna ötürüləcək. Artıq biosfor qurğusunun tikintisi yekunlaşıb və hazırda avadanlıqların quraşdırılması işləri həyata keçirilir. Bioloji təmizləmədən keçən suların çökdürülməsi və susuzlaşdırılması məqsədilə durulducu çənlərin və lil susuzlaşdırma binasının tikintisi də yekunlaşmaq üzrədir. Sonuncu mərhələdə tullantı sularının diskfiltr vasitəsilə təmizlənməsi və ultrabənövşəyi şüalar vasitəsilə zərərsizləşdirilməsi nəzərdə tutulur.
Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayi və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
- 8 d. əvvəl
-
25 d. əvvəl
Xarici İşlər Nazirliyi: İran Naxçıvana dron hücumu edib, 2 mülki şəxs xəsarət alıb
-
32 d. əvvəl
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
-
34 d. əvvəl
Martın 5-də gözlənilən hava şəraiti - Sabah Bakıda 15 dərəcə isti olacaq
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
-
1 saat əvvəl
“İstək” şirkətinin vəzifəli şəxsləri 637 min manat mənimsəmədə ittiham olunur
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit
Kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlər tənzimlənəcək - FƏRMAN
İran Naxçıvana dronla zərbələr endirib
Yeni “Qoşa” lotereyası satışa çıxıb
Ən çox oxunanlar
Bu dəfə Ermənistana gübrə də göndərir - Qatar Biləcəridən yola düşüb
Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
"Səudiyyə Ərəbistanının anbarları dolur, neft hasilatını azaltmasına iki həftə qalıb"
Çindən 1990-cı illərdən bu yana ən aşağı iqtisadi artım hədəfi
Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon manat kredit alır
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı - FOTO/VİDEO




















