Qızlın qiyməti 1600 dollara doğru yüksəlir
ABŞ ilə Çin arasında şiddətlənən ticarət müharibəsi qlobal iqtisadi artıma mənfi təsir edir və investorlar riskli altivlər yatırdıqları sərmayələri geri götürərək qızıla yatırırlar.
"Marja" xəbər verir ki, qızılın unsiyasının qiyməti "etibarlı liman" xarakterli alışlar ilə 1 600 dollara doğru yüksəlir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Comex bazarında qızılın qiyməti 1.6 faiz yüksələrək unsiyası 1565 dollara qalxıb və 2013-cü ildən bu yana ən yüksək səviyyəsini görüb.
Gümüşün qiyməti də yuxarı istiqamətdə hərəkət edib və qiyməti 2.1 faizə qədər yüksəlib.
"ABŞ ilə Çin arasında ticarət müharibəsi yeni bir səviyyəyə yüksəlib. Qızıl etibarlı liman xüsusiyyətini göstərdi və qızılda uzun mövqedə qalmağa davam edirik",- UBS Group AG-dən bildirilib.
Qızıl böhran zamanlarında "dəyər qoruma" xüsusiyyətini bir daha göstərir. Qızıl, Vaşinqton və Pekin arasında mübarizənin kəskinləşməsinin təsiri ilə bu il 20 faizdən çox dəyər qazanıb.
Hər iki tərəf də Cümə günü ticarət müharibəsinin pisləşməsi istiqamətində addımlar atdı və ABŞ Prezidenti Donald Tramp istirahət günü verdiyi açıqlamasında sərt mövqeyini davam etdirdi. Dünyanın ən böyük iki iqtisadiyyatı arasındakı mübarizə iqtisadi artıma mənfi təsir göstərir və Fed-in əlavə faiz endiriminə gedəcəyinə dair gözləntiləri gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
10 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
10 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!




















