Tikinti icazələri üzrə "Bir pəncərə"nin ölkə üzrə tətbiqi müzakirə olunub
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qruplarının İcra və Kommunikasiya Planlarının müzakirəsinə başlanılıb.
Plan çərçivəsində ilk iclas Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin II yarımilliyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub.
Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupu ilə keçirilən iclasda Bakı şəhəri üzrə istifadə edilən “Bir pəncərə” sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiyası, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub.
Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır. Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər/biznes assosiasiyaları ilə görüşlər keçiriləcək, bu sahədə mövcud problemlər və təkmilləşdirmə imkanları müəyyən olunacaq.
Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qrupları ilə İcra və Kommunikasiya Planlarının müzakirəsi istiqamətində iclaslar icraçı qurumlarla birlikdə davamlı keçiriləcək. Bu görüşlərin əsas məqsədi isə Planlar üzrə məsul şəxslər ilə birgə fəaliyyət çərçivəsində tədbirlərin vaxtında icrasının təmin olunmasıdır.
Komissiyanın “Tikinti üçün icazələrin alınması” işçi qrupunun iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “Ekvita”, “BM Morrison Partners”, "Bakı Hüquq Mərkəzi" iştirak edib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 6 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















