Prezident: “Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısına Həştərxan Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim olunub.
Qubernator Aleksandr Jilkin Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasına verdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Həştərxandakı Azərbaycan diasporunun səmərəli fəaliyyət göstərdiyini deyib və vurğulayıb ki, bir çox sahələrdə, o cümlədən iqtisadi və sosial sahələrdə Azərbaycan diasporu çox işgüzar və etibarlı fəaliyyət göstərir. O, gələn il Həştərxan quberniyasının 300 illik yubileyinin keçiriləcəyini bildirib. Prezident İlham Əliyevi yubiley tədbirlərinə dəvət edən Aleksandr Jilkin Azərbaycan prezidentinin həmin mərasimlərdə iştirakından şərəf duyacaqlarını söyləyib.
Həştərxan sakinlərinin Azərbaycana xüsusi rəğbət bəslədiklərini deyən qonaq Azərbaycan tərəfinin dəstəyi ilə Həştərxanda Heydər Əliyevin abidəsinin ucaldılmasını və ətrafında abad parkın salınmasını Həştərxan üçün gözəl hədiyyə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda yeni ailə quran gənclərin həmin parka gələrək abidə önünə gül dəstələri qoyması artıq ənənə halı alıb. Qubernator bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən məktəb, uşaq bağçası da dostluğun gözəl nümunələridir. Bu gün vilayətdə Azərbaycan biznesinin fəallaşdığını qeyd edən rusiyalı qonaq əməkdaşlığın təməlində yüksək etimad və hörmətin dayandığını deyib. Aleksandr Jilkin hazırda Azərbaycanın və Həştərxanın bir sıra şirkətləri arasında işgüzar əlaqələrin qurulduğunu vurğulayıb, Həştərxanda Azərbaycanın biznes mərkəzinin inşa edilməsinin planlaşdırıldığını diqqətə çatdırıb.
Həştərxan ilə Bakı arasında tarixən yaxın əlaqələrin olduğunu bildirən dövlət başçısı Həştərxanda olarkən burada baş verən müsbət dəyişikliklərin, şəhərin abadlaşmasının, infrastruktur layihələrinin həyata keçirilməsinin, tarixi abidələrin qorunmasının xoş təəssürat bağışladığını söyləyib və bu münasibətlə qubernatora təbriklərini çatdırıb. Həştərxanda yaşayan azərbaycanlılara göstərilən xoş münasibətə görə təşəkkürünü bildirən prezident İlham Əliyev soydaşlarımızın özlərini bu şəhərdə doğma evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan prezident İlham Əliyev yaxın zamanlarda Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin Moskvada açılacağını, sonradan isə Rusiyanın digər regionlarında, o cümlədən Həştərxanda da ticarət-biznes nümayəndəliyinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu bildirib. Dövlət başçısı bütün bunların ölkələrimiz arasında idxal-ixrac proseslərini sürətləndirəcəyinə əminliyini ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 46 d. sonra
-
4 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 5 d. əvvəl
-
-
12 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
18 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
30 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 34 d. əvvəl
-
49 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























