Sabaha olan hava proqnozu açıqlandı
Azərbaycanda iyulun 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah dəyişkən buludlu, yağmursuz olacaq.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 31-33° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.
Sabah əsasən şimal və qərb rayonlarda yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti təşkil edəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırılıb
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan və İsrailin xarici işlər nazirlərinin telefon danışığı olub
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank of Baku-da maliyyə savadlılığı günü
Expressbankdan bayram təklifi!
Müdafiə Nazirliyi: İran Naxçıvana 4 dron yönləndirib, onlardan 1-i Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb
Bayramov və Fidan arasında telefon danışığı aparılıb
Ən çox oxunanlar
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı-İğdır-Bakı aviareysləri təyin edilib
İlham Əliyevin sədrliyi ilə iclas keçirildi - "İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir"
Dron hücumu ilə bağlı cinayət işi başlanıb
Dövlət Neft Fondunun İcraçı direktoruna müşavir təyin edilib
“Entrust” və “AzInTelecom” memorandum imzalanıb
SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib



















