Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
- Səhər saat 09:20-də Mərkəzi Bank Martın 14-nə USD/AZN rəsmi məzənnəsini 1.7437 manat səviyyəsində açıqladı.
- Saat 09:30-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin düşdüyü müşahidə olundu, Dollar əsasən 1.74-1.76 manat səviyyələrindən satıldı. Qeyd edək ki, Dollar Manat qarşısında ötən həftədən ucuzlaşır.
-Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7279 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Manat Dollar qarşısında 0,9% möhkəmləndi.
- Günortadan sonra da banklarda Dolların məzənnələrinin düşdüyü müşahidə olundu. Dolların alış qiyməti 1.65 manatadək, satış qiyməti isə 1.7290 manatadək düşdü.
-Dolları, Günay Bank, Unibank və YapıKredit Bank rəqiblərindən daha ucuz satırdı.
- UniBank Dolların satış qiymətini 1.7437 manatdan 1.7290 manata, Günay Bank 1.7480 manatdan 1.7300 manata, Yapı Kredi Bank isə 1.7600 manatdan 1.7300 manata endirdi.
- Bank of Baku Dolların alış qiymətini 1.70 manatdan 1.67 manata, satış qiymətini 1.7450 manatadan 1.7350 manata, Amrahbank alışı 1.7150 manatdan 1.70 manata, satışı isə 1.7450 manatdan 1.74 manta, Azərtürkbank alışı 1.7050 manatdan 1.68 manata, satışı 1.7550 manatdan 1.75 manata, AFB Bank alışı 1.70 manatdan 1.68 manata, satışı isə 1.76 manatdan 1.75 manata, Bank BTB alışı 1.68 manatdan 1.65 manata, CDB Bank alışı 1.71 manatdan 1.68 manata, satışı isə 1.78 manatdan 1.76 manata, PAŞA Bank satışı 1.76 manatdan 1.7490 manata endirdi.
-KapitalBank Dolların alış qiymətini 1.72 manatdan 1.70 manata saldı, satış məzənnəsini isə olduğu kimi 1.7490 manatda saxladı.
- Axşam saat 17:05-də Mərkəzi Bank 15.03.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7282 səviyyəsində müəyyən olunduğunu açıqladı. Bu səviyyə, hərrac ilə müqayisədə cüzi yüksək idi.
Qeyd edək ki, çoxları hələ də manatın bahalaşacağına inanmırlar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, Dolların ucuzlaşması, bir “oyundur”. Hələ də çox insan, Mart ayından başlayaraq Dolların bahalaşacağını hesab edir. Bəzi iddialara görə, ABŞ Mərkəzi Bankı Fed Martın 15-də faizi artırarsa, sonralar Dollar daha da bahalaşacaqdır.
Qeyd edək, Mərkəzi Bank depozit hərracları və notların yerləşdirilməsi ilə izafi manat kütləsini dövriyyədən çıxardır. Manatın qıtlaşması Dollar alışını da məhdudlaşdırır (tələbi azaldır) və bu da məzənnənin kəskin qalxmasının qarşısını alır. Qısası, banklarda dolların ucuzlaşması manat çatışmalığı ilə bağlıdır.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
1 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
1 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
1 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 4 saat əvvəl
-
20 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır







.jpg)






.jpg)





